Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da 20 Yanvar faciəsinə həsr olunan anım tədbiri keçirilib

AzTU-da 20 Yanvar faciəsinə həsr olunan anım tədbiri keçirilib

19.01.2026     45     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) 20 Yanvar faciəsinə həsr olunan anım tədbiri keçirilib. Əvvəlcə torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.

AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev bildirib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının tarixinə həm faciəli, həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. 36 il əvvəl – yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın mərd övladları Vətənin azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Həbib Mirzəyev deyib ki, sovet imperiyasının Azərbaycanda törətdiyi  faciədən uzun illər keçsə də xalqımız o dəhşətli cinayəti unutmur.

Daha sonra çıxış edən tarix elmlər namizədi dosent Akif Nağı həmin qanlı gecədə həyatlarını qurban verən Vətən övladlarının misilsiz fədakarlıqlarından və xalqın şərəf və ləyaqətini hər şeydən üstün tutaraq yenilməz iradə nümayiş etdirmələrindən danışıb. Qeyd olunub ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. 


Digər xəbərlər