Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da “100 il: Türkiyə Cümhuriyyəti və Ümummilli Lider Heydər Əliyev” mövzusunda konfrans keçirilib

AzTU-da “100 il: Türkiyə Cümhuriyyəti və Ümummilli Lider Heydər Əliyev” mövzusunda konfrans keçirilib

22.12.2023     734     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) və Türkiyənin Hacettepe Universitetinin birgə təşkilatçılığı ilə “100 il: Türkiyə Cümhuriyyəti və Ümummilli Lider Heydər Əliyev” mövzusunda konfrans keçirilib. Konfransda AzTU-nun rektoru professor Vilayət Vəliyev, Hacettepe Universitetinin rektoru professor Mehmet Cahit Güran, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova və universitetin müəllim-tələbə heyəti iştirak edib. 

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub. Daha sonra Şəhidlər xiyabanı və “Türk Şəhidliyi” abidəsi ziyarət olunub.

AzTU-da davam etdirilən tədbirdə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Konfransda açılış nitqi ilə çıxış edən AzTU-nun rektoru professor Vilayət Vəliyev bildirib ki, ulu öndər Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinin qeyd olunması qardaş ölkələr üçün əlamətdar hadisədi. Bu mühüm tarixlərin məhz ərazi bütövlüyünü və suvereliyini tam bərpa etmiş Qalib Azərbaycanda qeyd olunması qürurvericidir. Fəxr hissi ilə qeyd etmək lazımdır ki, bu gün qardaş ölkələrin əlaqələri strateji müttəfiqlik səviyyəsinə yüksəlib.

Hacettepe Universitetinin rektoru professor Mehmet Cahit Güran qardaş ölkələr üçün əlamətdar tarixlər münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk və Azərbaycanın ümummilli lideri Heydər Əliyev ən çətin anlarda xalqının yanında olub. Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri Türkiyənin kədəridir. Bu mənada ulu öndər Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinin Azərbaycan və Türkiyənin hər yerində qeyd olunması doğmalığın, rəğbətin, həmrəyliyin bariz nümunəsidir.

Sonra AzTU-nun Humanitar fənlər kafedrasının müdiri dosent Həbib Mirzəyev, Hacettepe Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri professor Yonca İldeşin və İqtisadiyyat və idarəetmə fakültəsinin əməkdaşı Özləm Pınar Oran Azərbaycan və Türkiyə əlaqələrinin tarixi ilə bağlı geniş təqdimatla çıxış ediblər.

Konfransın bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət “Milli Avaz” xorunun ifasında “Çırpınırdın, Qara dəniz” və "Ey əziz anam, Azərbaycan" mahnıları səsləndirilib.

Tədbir “Su səsi” rəqs qrupunun çıxışı və tələbələrin ifasında şeir kompozisiyası ilə başa çatıb.


Digər xəbərlər