Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU Çinin ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir

AzTU Çinin ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir

15.09.2025     33     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına səfəri çərçivəsində bu ölkənin bir sıra ali təhsil müəssisələri ilə görüşlər keçirib.

Səfər çərçivəsində AzTU nümayəndə heyəti Şanxay şəhərində Şanxay Elm və Texnologiya Universiteti, Şərqi Çin Elm və Texnologiya Universiteti, Şanxay Mühəndislik Elmləri Universiteti və Tonqji Universiteti, Nankin şəhərində Nankin İnformasiya Elmləri və Texnologiyaları Universitetini ziyarət edərək əməkdaşlıq imkanları haqqında müzakirələr aparıb. Görüşlər zamanı Şanxay Elm və Texnologiya Universiteti, Şərqi Çin Elm və Texnologiya Universiteti, Şanxay Mühəndislik Elmləri Universiteti və Nankin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlıq müqavilələri imzalanıb.

Qeyd edək ki, rektorun rəhbərlik etdiyi nümayəndə heyətində beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov, Müdafiə Texnologiyaları və Kibertəhlükəsizlik İnstitutunun direktoru Rahid Ələkbərli və Protokol sektorunun mütəxəssisi Fərhad Rüstəmzadə təmsil olunub.


Digər xəbərlər