Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər “Autentifikasiyanın gələcəyi-FIDO2 və "passkey" texnologiyaları ilə fişinqə davamlı giriş” mövzusunda seminar

“Autentifikasiyanın gələcəyi-FIDO2 və "passkey" texnologiyaları ilə fişinqə davamlı giriş” mövzusunda seminar

30.12.2025     26     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində “Autentifikasiyanın gələcəyi-FIDO2 və “passkey” texnologiyaları ilə fişinqə davamlı giriş” mövzusunda seminar keçirilib.

Kibertəhlükəsizlik üzrə tanınmış ekspert Emin Hüseynov FIDO2 standartları və "passkey" texnologiyalarının iş prinsipləri, onların ənənəvi parol əsaslı giriş sistemlərindən üstün cəhətləri, eləcə də fişinq hücumlarına qarşı təmin etdiyi yüksək təhlükəsizlik səviyyəsi ilə bağlı məsələləri tələbələrin diqqətinə çatdırıb.

Seminar interaktiv müzakirələr və sual-cavab sessiyası ilə yekunlaşıb.


Digər xəbərlər