Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər “Səhiyyədə keyfiyyətin və risklərin idarəolunması” ixtisası üzrə məlumatlandırma sessiyası keçirilib

“Səhiyyədə keyfiyyətin və risklərin idarəolunması” ixtisası üzrə məlumatlandırma sessiyası keçirilib

23.11.2024     562     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu layihə çərçivəsində növbəti məlumatlandırma sessiyası təşkil edilib. Məlumatlandırma sessiyası “Erasmus+KA2” “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistr hazırlığı” (LMQS) layihəsi çərçivəsində keçirilib.

Səhiyyə işçilərinə layihə çərçivəsində yeni açılmış magistr proqramı haqqında, o cümlədən proqramın əhəmiyyəti, öyrətmə nəticələri və səriştələri barədə ətraflı məlumat verilib iş və üstünlükləri göstərilib. Həmçinin səhiyyə işçiləri üçün proqrama daxil edilmiş əsas fənnlər bloku, tədris edilən səhiyyənin idarə olunmasının əsas prinsipləri və strategiyaları, iqtisadiyyatı, siyasəti, hüquq və etika kimi bir sıra məsələlər barədə ətraflı məlumat verilib.

Məlumatlandırma sessiyası İqtisadiyyat və statistika kafedrasının baş müəllimi Pərvin Soltanlı və Beynəlxalq ticarət, logistika və marketinq kafedrasının baş müəllimi Mürşüd Mehdiyev tərəfindən keçirilib.


Digər xəbərlər