Ali təhsil müəssisələrinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Elm və Təhsil Nazirliyinin, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Söhbət zamanı ictimaiyyət və media ilə işin təkmilləşdirilməsi, media sahəsində peşəkar vərdişlərin inkişafına dəstək olmaq, ali təhsil müəssisələri arasında kommunikasiyanın gücləndirilməsi və bu istiqamətdə birgə əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşdə Azərbaycan Texniki Universitetini (AzTU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri - mətbuat katibi Sevinc İsgəndərova təmsil edib.