Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş idman turnirinin bağlanış mərasimi olub. Bakı Dövlət Universitetində (BDU) Turnir Yasamal rayonunda yerləşən ali və orta ixtisas təhsili müəssisələri arasında keçirilib.
Bakı Dövlət Universitetində (BDU) təşkil olunan tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev, Milli Məclisin deputatı Səbinə Xasayeva, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə futzal üzrə AzTU və Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandaları arasında final qarşılaşması keçirilib. Daha sonra 7 idman növü üzrə qalib komandaların mükafatlandırılması mərasimi olub.
Qeyd edək ki, AzTU komandaları stolüstü tennis, voleybol (oğlanlar arasında) və basketbol (oğlanlar arasında) yarışlarında birinci, futzal (oğlanlar arasında) və şahmat yarışlarında isə ikinci yerə layiq görülüb.