Azərbaycan Texniki Universitetində (AzTU) “Açıq qapı” günü keçirilib. Tədbirdə yuxarı sinif şagirdləri, onların müəllimləri və valideynləri iştirak ediblər. “Açıq qapı” günündə universitetin foyesində fakültələrin, tələbə təşkilatlarının və struktur bölmələrinin stendləri və tələbələrin startapları nümayiş olunub.
Əvvəlcə fakültələrin stendində ziyarətçilərə görülən işlər, layihələr, ixtisaslar, beynəlxalq əlaqələr, ikili diplom proqramları barədə ətraflı məlumat verilib. Həmçinin abituriyentləri maraqlandıran suallar cavablandırılıb.
Sonra universitetin akt zalında "Açıq qapı" gününün iştirakçıları ilə görüş keçirilib. Görüşdə AzTU-nun tədris işlər üzrə prorektoru professor Nurəli Yusifbəyli universitetdə görülən işlər, həyata keçirilən layihələrlə bağlı məlumat verib.
Daha sonra AzTU-nun abituriyentlərlə iş üzrə xüsusi nümayəndəsi Eyvaz Məhəmmədlinin iştirakı ilə şagirdlərin universitetin Kitabxana İnformasiya Mərkəzi, MGP emalatxanası və laboratoriyalarına ekskursiyası təşkil olunub.
Qeyd edək ki, “Açıq qapı” günündə ümumilikdə 200-dən çox ziyarətçi iştirak edib.