Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən Beynəlxalq Elm və Texnologiya Konfransı çərçivəsində AzTU rektoru Vilayət Vəliyev və Türkiyənin Kocaeli Səhiyyə və Texnologiya Universitetinin rektoru Müzəffər Elmas arasında görüş keçirilib.
Görüş çərçivəsində tədris və tədqiqat istiqamətində razılaşdırılmış birgə əməkdaşlıq məsələləri üzrə iki ali təhsil müəssisəsi arasında Anlaşma Memorandumu imzalanıb.