Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Qazaxıstanda LMQS layihəsinin yekun hesabat görüşü keçirilib

Qazaxıstanda LMQS layihəsinin yekun hesabat görüşü keçirilib

20.11.2024     503     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu “ERASMUS+KA2” proqramının “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistr hazırlığı” (LMQS) layihəsi çərçivəsində Qazaxıstanda yekun hesabat görüşü keçirilib.

Əl-Farabi Qazax Milli Universiteti, Rus-Qazax Tibb Universiteti və Qazax Milli Tibb Universitetinin ev sahibliyi ilə Almatı şəhərində keçirilən görüşlərdə layihə zamanı görülmüş işlərin və əldə olunan nəticələrin hesabatı verilib.

LMQS layihəsinin koordinator universiteti Qərbi Attika Universitetinin nümayəndəsi layihə nəticələrinin sənədləşdirilməsi və maliyyə hesabatlılığına verilən tələblər barədə tərəfdaş universitetlərin əməkdaşlarını məlumatlandırıb.

AzTU-nu səfərdə İqtisadiyyat və statistika kafedrasının dosenti Sevinc Rzayeva, Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Nabat Cabbarova və Beynəlxalq əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Nübar Fərhadzadə təmsil ediblər.


Digər xəbərlər