Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU basketbol komandası finala yüksəldi - VİDEO

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tam Gənc Basketbol Liqasının yarımfinal mərhələsi başa çatıb.  Yarımfinalda AzTU komandası Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən oyun 114:60 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb.  Qeyd edək ki, AzTU komandası finalda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandası ilə qarşılaşacaq. Yarımfinal mərhələsinin qarşılaşmasını “AzTU TV” yutub kanalından canlı izləyə bilərsiniz. 

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tam Gənc Basketbol Liqasının yarımfinal ..

2023-04-19
AzTU

AzTU tələbələri üçün növbəti ustad dərsi keçirilib

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) əməkdaşı Murad Balayev tərəfindən Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün “İnformasiya ekosistemində kibertəhlükəsizlik” mövzusunda ustad dərsi keçirilib. Əvvəlcə tələbələrə mövzu haqqında ətraflı məlumat verilib, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik anlayışları izah olunub. Dərs zamanı sosial mühəndisliyin növləri və hücum vektorları, sosial mediadan təhlükəsiz istifadə, fişinq hücumları və alətləri, faylların təhlükəsizliyi, casus proqramları, zərərverici proqramların yoluxma üsulları və onlarla mübarizə metodları haqqında ətraflı məlumat verilib. Həmçinin əsas və əlavə təhlükəsizlik tədbirləri, cert.gov.az saytından bir sıra təhlükəsizlik alətləri və xidmətləri də tələbələrin diqqətinə çatdırılıb. Ustad dərsi çərçivəsində tələbələri maraqlandıran suallar cavablandırılıb.   Sonda tələbələr arasında təlim mövzusu üzrə bilik yarışı keçirilib və qaliblər mükafatlandırılıb. Xatırladaq ki, ustad dərsi XRİTDX ilə AzTU arasında 5 noyabr 2022-ci ildə imzalanmış memoranduma əsasən keçirilib. 

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) əməkdaşı Murad Balayev tərəfindən Azərbaycan Texniki Universitetinin (AzTU) tələb ..

2023-04-19
AzTU

AzTU-da ABB Tech Akademiyasının yeni proqramlarının təqdimatı keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) ABB Tech Akademiyasının informasiya texnologiyaları sahəsi üzrə yeni proqramlarının təqdimatı keçirilib. Görüşdə ABB İnnovasiya Mərkəzinin daxili və xarici əlaqələr üzrə mütəxəssisi Azad Əliyev, tələbə və rezidentlərlə iş üzrə mütəxəssisi Aytac Rəcəbli ABB Tech Akademiyasında tədris prosesi, yeni proqramlara qəbul qaydaları və şərtlər barədə tələbələrə məlumat veriblər. Bildirilib ki, Akademiyada tədris beynəlxalq təcrübəli mütəxəssislər tərəfindən keçirilir. Tədris prosesi fərdi və qrup şəklində praktiki fəaliyyətləri əhatə edir. Proqrama yüksək göstəricilərlə qəbul olunan tələbələr ABB və "Technest" təqaüd proqramı çərçivəsində ödənişsiz təhsil imkanı əldə edəcəklər. Qeyd edək ki, ABB Tech Akademiyasının yeni proqramlarına “linux” idarəetmə sistemi, “full stack” tərtibatçılıq, QA avtomatlaşdırma və İT biznes analitika daxildir.  

Azərbaycan Texniki Universitetində (AzTU) ABB Tech Akademiyasının informasiya texnologiyaları sahəsi üzrə yeni proqramlarının təqdimatı keçirilib. Görüşdə ABB İnnovasiya Mərkəzini ..

2023-04-18
AzTU

AzTU-da “Sabahın Gücü” İnkişaf Proqramının təqdimatı keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Sumqayıt Texnologiyalar Parkının (STP) “Sabahın Gücü” İnkişaf Proqramının təqdimatı keçirilib.    Təqdimat mərasimində STP-nin İnsan resursları departamentinin aparıcı mütəxəssisi Tural Şahbazov, “Sabahın Gücü” layihəsinin meneceri Türkan Məmmədova və layihənin koordinatoru Günel Musayeva iştirak edib. Əvvəlcə STP Şirkətlər Qrupunun hədəfləri, həyata keçiriləcək yeni layihələri barədə tələbələrə ətraflı məlumat verilib. Daha sonra  “Sabahın Gücü” İnkişaf Proqramı haqqında geniş təqdimat olub. Qeyd olunub ki, “Sabahın Gücü” 6-12 aylıq müddəti əhatə edən ödənişli təcrübə proqramıdır. Proqramın məqsədi inkişafa meyilli, potensiallı gənclərin bilik və peşəkar karyera bacarıqlarının inkişaf etdirilməsinə dəstək olmaq, mühəndisliyin müxtəlif istiqamətləri üzrə insan kapitalına olan ehtiyacın ödənilməsinə töhfə verməkdir. Tədbir çərçivəsində tələbələr arasında ümumi dünya görüşünə aid test keçirilib və yüksək nəticə göstərənlər mükafatlandırılıb. Təqdimatdan sonra inkişaf proqramı ilə maraqlanan tələbələr CV-lərini təqdim edib və onlarla müsahibə aparılıb.  

Azərbaycan Texniki Universitetində (AzTU) Sumqayıt Texnologiyalar Parkının (STP) “Sabahın Gücü” İnkişaf Proqramının təqdimatı keçirilib. Təqdimat mərasimində STP-nin İnsan r ..

2023-04-18
AzTU

AzTU-da DAAD-nin təqaüd proqramları haqqında məlumatlandırma sessiyası keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramları haqqında məlumatlandırma sessiyası keçirilib. Tədbirdə AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov, elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov AzTU ilə DAAD-nin uzunmüddətli  əməkdaşlığından, təqaüd proqramlarının mühəndislik ixtisasları üzrə yaratdığı imkanlardan danışıblar. Daha sonra DAAD-nin AzTU-da alman dilini tədris edən müəllimi Klaudio Kasperl Almaniyada təhsil, DAAD-nin fəaliyyəti, magistratura və doktrantura səviyyələri üzrə təqaüd proqramları haqqında tələbələrə ətraflı məlumat verib. Sonda tələbələrin sualları cavablandırılıb.

Azərbaycan Texniki Universitetində (AzTU) Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramları haqqında məlumatlandırma sessiyası keçirilib. Tədbirdə AzTU-nun beynəlxalq əlaq ..

2023-04-18
AzTU

AzTU komandası Basketbol üzrə Tələbə Liqasını qalibiyyətlə başa vurdu - VİDEO

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının sonuncu - 21-ci turunda AzTU komandası Bakı Dövlət Universitetinin (BDU) komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən oyun 73:22 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb.  Qeyd edək ki, liqanın oyunlarında AzTU, ADBTİA, ADAU, ADNSU, UNEC, BMU və Xəzər Universitetinin komandaları iştirak edib. Oyunları “AzTU TV” yutub kanalından canlı izləyə bilərsiniz.

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının sonuncu - 21-ci turun ..

2023-04-17
AzTU

AzTU əməkdaşı ABŞ-də beynəlxalq konfransda iştirak edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin əməkdaşı İltifat İbrahimov ABŞ-nin Luiziana ştatının Yeni Orlean şəhərində keçirilən “Ellucian Live 2023” beynəlxalq konfransında iştirak edib. Konfrans çərçivəsində “Ellucian Experience” sistemindən istifadə edən universitet əməkdaşları ilə təcrübə mübadiləsi aparılıb, sistemin gələcək inkişafı haqqında məlumatlar əldə edilib. Səfər zamanı AzTU əməkdaşı Vaşinqton şəhərində yerləşən Amerika Universitetinin kitabxanasını ziyarət edib, kitabxananın rəhbəri və İKT departamentinin direktoru ilə görüşüb. Görüş zamanı Amerika Universitetinin kitabxanasında istifadə edilən menecment sistemi, rəqəmsallaşdırma texnologiyaları və standartları, rəqəmsal repozitariya sisteminin tətbiqi və informasiya resurslarının universitetin digər sistemlərinə inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin əməkdaşı İltifat İbrahimov ABŞ-nin Luiziana ştatının Yeni Orlean şəhərində keçirilən “Ellucian Live 202 ..

2023-04-17
AzTU

UniClaD layihəsi çərçivəsində Litvanın klaster təcrübəsi öyrənilir

Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti Litvada səfərdə olub. “Erasmus+ KA2” proqramının “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) layihəsi  çərçivəsində reallaşan səfər layihənin koordinatoru Kaunas Tətbiqi Elmlər Universiteti tərəfindən təşkil edilib. Səfərdə AzTU-nu Kibertəhlükəsizlik kafedrasının dosenti Milana Orucova, Kompüter texnologiyları kafedrasının baş müəllimi Natiq Qurbanov, Mexatronika və maşın dizaynı kafedrasının baş müəllimi Anar Hacıyev və Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq layihələr üzrə qrup rəhbəri Mətanət Paşayeva təmsil edib. Səfərdə həmçinin AzTU-nun layihə çərçivəsində əməkdaşlıq etdiyi Aqrar İnnovasiya Mərkəzinin Texnoloji transfer və innovasiya şöbəsinin müdiri Nərmin Kərimli də iştirak edib. İştirakçılar səfər çərçivəsində Litvanın klaster təcrübəsi, onların fəaliyyəti, idarəetmə strukturları, maliyyələşmə mexanizmləri, yerli təsərrüfatçılarla əməkdaşlıq istiqamətləri və kommunikasiya üsullarının müzakirəsində iştirak ediblər. Daha sonra Litvanın Kənd Təsərrüfatı və Meşəçilik Tədqiqat Mərkəzi, eləcə də ekoloji məhsullar istehsal olunan emal fabriki, Litvada aqrar sahədə ən iri təsərrüfat hesab olunan “AQRO Konsern Qrup”da görülən işlərlə tanışlıq olub. Litva klaster şəbəkəsinin rəhbəri Kristina Sermuksnyte-Alesiuniene və Litva “AgriFood” Rəqəmsal İnnovasiya Habının üzvü olan “Xplicity” şirkətinin satış və marketinq meneceri Alina Laukiene ilə görüş zamanı nümayəndə heyətinə geniş təqdimatla müvafiq məlumatlar verilib. İştirakçılar Vytautas Magnus Universitetinin Kənd Təsərrüfatı Akademiyası və Kaunas Tətbiqi Elmlər Universitetində tədrisin keyfiyyəti, infrastruktur və digər layihələrlə yaxından tanış olublar.

Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti Litvada səfərdə olub. “Erasmus+ KA2” proqramının “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməs ..

2023-04-13
AzTU

Basketbol üzrə Tələbə Liqasının 20-ci turu keçirilib - VİDEO

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir. Liqanın 20-ci turunda AzTU komandası Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) komandası ilə qarşılaşıb. Oyun 107:48 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb. Xatırladaq ki, liqanın oyunlarında AzTU, UNEC, ADBTİA, ADAU, ADNSU, BMU və Xəzər Universitetinin komandaları iştirak edir. Oyunları “AzTU TV” yutub kanalından canlı izləyə bilərsiniz.  

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir. ..

2023-04-13
AzTU

Mingəçevirdə AzTU-nun tərəfdaşı olduğu beynəlxalq layihənin açılış tədbiri keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+” proqramının “Azərbaycan ali təhsilində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (Enhancing Sustainable Entrepreneurial Ecosystem in Higher Education of Azerbaijan - ENGAGE) layihəsinin açılış mərasimi keçirilib. Layihənin koordinatoru Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı keçirilən tədbirdə tərəfdaş universitetlərin rəhbərləri iştirak edib.   Tədbirdə AzTU-nu rektor Vilayət Vəliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah və İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Fərqanə Musayeva təmsil edib.  Mərasimdə çıxış edən MDU-nun rektoru Şahin Bayramov Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və 2023-2025-ci illəri əhatə edən sözügedən beynəlxalq layihənin əsas gözləntilərindən bəhs edib. Bildirib ki, layihə ölkəmizin müvafiq universitetlərində sahibkarlıq ekosisteminin gücləndirilməsi, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi, universitetlərimizdə innovativ yanaşmanın təkmilləşdirilməsi, tədris prosesinin məzmununda praktiki komponentlərin artırılması, startap fəaliyyətlərinin və universitet – sənaye əməkdaşlığının genişləndirilməsi məqsədi daşıyır. Tədbirdə elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Azərbaycanda “Erasmus+” ofisinin rəhbəri Pərviz Bağırov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, layihə çərçivəsində tərəfdaş yerli ali təhsil müəssisələrinin rəhbərləri Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov və Azərbaycan Dövlət Aqrar Universitetinin rektor əvəzi Zəfər Qurbanov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin direktoru Şəbnəm Məmmədzadə çıxış ediblər. Çıxışlarda MDU-nun koordinatorluğu ilə icra olunacaq beynəlxalq layihədə tərəfdaş olmaqdan məmnunluqlarını ifadə edən rektorlar region universitetinin bu təşəbbüsünü yüksək dəyərləndirib, müasir dövrdə ali təhsildə sahibkarlıq yanaşmasının aktuallığından söhbət açıb, birgə layihənin qazandıracağı təcrübələrin əhəmiyyətini vurğulayıb və layihənin işinə uğurlar arzulayıblar. Estoniya, İsveç, Portuqaliya, İspaniya və Polşanın 5 aparıcı universitetini təmsil edən xarici qonaqlar çıxışlarında Mingəçevir şəhərində və belə bir layihənin tərəfdaşları arasında olmaqdan məmnunluqlarını ifadə ediblər. Təmsil etdikləri universitetlər haqqında ətraflı məlumat verən avropalı mütəxəssislər, layihə çərçivəsində öz müsbət təcrübələrini benefisiar qurumlarla bölüşəcəklərini diqqətə çatdırıblar. Qeyd edək ki, MDU-nun koordinatorluğu ilə hazırlanmış və təqdim edilmiş Erasmus+ layihəsi 2022-ci ildə Avropa Komissiyası tərəfindən maliyyələşdirmə üçün qəbul olunub. Layihə Avropa İttifaqının 5 ölkəsini təmsil edən tərəfdaş universitetlərin müvafiq sahədəki təcrübəsinin öyrənilməsini və bu təcrübədən fayda əldə olunmasını nəzərdə tutur. Layihə çərçivəsində tərəfdaş yerli universitetlərin və qurumların əməkdaşları üçün çoxsaylı təlimlər təşkil ediləcək. 36 ay ərzində icra ediləcək layihənin ümumi büdcəsi 800 min Avrodur. Layihədə 4-ü region universiteti olmaqla, ümumilikdə ölkəmizin 11 aparıcı dövlət və özəl ali təhsil müəssisəsi təmsil olunur. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi, Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Azərbaycan HR İnstitutu layihənin qeyri-universitet tərəfdaşlarıdır. Avropa İttifaqı layihədə Lissabon Universiteti (Portuqaliya), Kataloniya Politexnik Universiteti (İspaniya), KTH Kral Texnologiya Universiteti (İsveç), Tallin Texnologiya Universiteti (Estoniya) və WSG Universiteti (Polşa) ilə təmsil olunur.    

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+” proqramının “Azərbaycan ali təhsilində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (Enhancing Susta ..

2023-04-13