Türkiyənin İstanbul Texniki Universitetinin (İTÜ) nümayəndələri Nafiz Ünlü və Ayhan Güzelyurt Azərbaycan Texniki Universitetini (AzTU) ziyarət ediblər.
Qonaqları salamlayan rektor Vilayət Vəliyev AzTU və İTÜ arasında uzunmüddətli əməkdaşlığı qeyd edərək birgə tədris və tədqiqat layihələrinin, xüsusilə sənayeyönümlü təlim proqramlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.
İTÜ-də həyata keçirilən təlim proqramları barədə ətraflı məlumat verən qonaqlar bu proqramların univesitet-sənaye əməkdaşlığının gücləndirilməsinə xidmət etdiyini bildiriblər.
Görüşdə universitetlərdə sənayeyönümlü birgə təlim proqramlarının, habelə müxtəlif sənaye sahələri üçün konsaltinq xidmətlərinin təşkili məsələləri müzakirə olunub.