Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU universitet-məktəb əməkdaşlığını inkişaf etdirir

Azərbaycan Texniki Universiteti (AzTU) ilə orta məktəblər arasında əməkdaşlıq inkişaf etdirilir. Əməkdaşlıq çərçivəsində AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc İsgəndərova, AzTU TV studiyasının direktoru Səfa Bağırov və Sosial İnkişaf Mərkəzinin əməkdaşı Eyvaz Məhəmmədli qəbul imtahanlarının statistikasına görə texniki fənlər üzrə fərqlənən Bakının Binəqədi rayonu 313 və 283 saylı, Xəzər rayonu 149 saylı, Nərimanov rayonu 207 saylı, Suraxanı rayonu 270 saylı, Sabunçu rayonu 311 və 295 saylı tam orta məktəblərinin 9, 10 və 11-ci sinif şagirləri ilə görüşüb. Şagirlər əvvəlcə AzTU haqqında videoçarxa baxıblar. Daha sonra AzTU-nun tarixi, fakültələri, ixtisasları, ikili diplom və mübadilə proqramları barədə şagirdlərə ətraflı məlumat verilib. Bundan başqa, AzTU-da həyata keçirilən layihələr, tələbələrin müxtəlif startap və idman yarışlarında yüksək nailiyyətləri də şagirdlərin diqqətinə çatdırılıb. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.     

Azərbaycan Texniki Universiteti (AzTU) ilə orta məktəblər arasında əməkdaşlıq inkişaf etdirilir. Əməkdaşlıq çərçivəsində AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri ..

2023-05-31
AzTU

ECAR layihəsi çərçivəsində Avropa tərəfdaşlarının iştirakı ilə növbəti görüş keçirilib

          “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində 6-cı idarəetmə heyəti görüşü keçirilib. Tədbirdə layihə konsorsiumunun üzvü olan Azərbaycanın 15 universitetindən nümayəndələr və Avropa tərəfdaşları iştirak edib. Görüşdə Azərbaycan Texniki Universitetini (AzTU) beynəlxalq layihələr üzrə qrupun rəhbəri Mətanət Paşayeva və beynəlxlaq layihələr üzrə aparıcı mütəxəssis Nabat Cabbarova təmsil edib. Əvvəlcə layihənin komponentləri üzrə görülmüş işlər barədə iştirakçılara məlumat verilib. Daha sonra elmi işlər, tələbə və məzunlarla iş üzrə komitə sədrlərinin hesabatı dinlənilib, həmçinin layihənin keyfiyyət təminatı və monitorinqi ilə bağlı xarici ekspert George Dafoulasın sualları iştirakçılar tərəfindən cavablandırılıb. İdarəetmə görüşündə layihənin 4 və 5-ci iş paketlərinə uyğun nəzərdə tutulan fəaliyyətlər, layihənin icrası ilə bağlı təşkilati və maliyyə məsələləri, layihə fəaliyyətinin ictimailəşdirilməsi tədbirləri haqqında da geniş müzakirələr aparılıb. Yekunda menecerlər tərəfindən növbəti mərhələlərdə yerinə yetiriləcək işlər dəqiqləşdirilib və bir sıra tapşırıqlar qarşıya qoyulub.

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində 6-cı idarəetmə heyəti görüşü keçirilib. Tədbirdə layihə konsorsiumunun üzvü olan Azərbaycan ..

2023-05-30
AzTU

Ulu Öndərin 100 illiyi və Müstəqillik Gününə həsr olunan fləşmob keçirilib - VİDEO

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və 28 May - Müstəqillik Gününə həsr olunan fləşmob keçirilib. Fləşmobda Azərbaycan Texniki Universitetinin (AzTU) və Milli Konservatoriyanın tələbələri Azərbaycanın Dövlət Himnini birlikdə oxuyub. AzTU TV-nin yeni layihəsi olan fləşmobda 70-dən çox tələbə iştirak edib. Görüntülər Fəxri xiyaban, Şəhidlər xiyabanı, Azərbaycan Texniki Universiteti və Milli Konservatoriyada lentə alınıb.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və 28 May - Müstəqillik Gününə həsr olunan fləşmob keçirilib. Fləşmobda Azərbaycan Texniki Universitetinin (AzTU) və Milli Ko ..

2023-05-28
AzTU

AzTU tələblərinin sahəvi tədqiqatlarda iştirakı genişləndirilir

Xəbər verdiyimiz kimi, Azərbaycan Texniki Universiteti (AzTU) ilə ölkəmizin 16 şəhər və rayonunda “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” layihəsinin həyata keçirilməsinə başlanılıb. Bu məqsədlə ilkin mərhələdə sorğu və monitorinqlərin təşkili üçün Nəqliyyat və logistika fakültəsində logistika və nəqliyyat texnologiyalari, yerüstü nəqliyyat vasitələri mühəndisliyi, nəqliyyat mühəndisliyi, nəqliyyatda servis və nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi ixtisasları üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alan 78 tələbədən ibarət sorğu (anketorlar) qrupları formalaşdırılıb.    Tələbələr tədqiqat sahəsinə uyğun ixtisas üzrə bakalavr və ya magistr təhsili alması, təhsildə fərqlənməsi, universitetin ictimai işlərində fəallığı, layihədə həll olunması nəzərdə tutulan məsələlərə marağı, intellektual səviyyəsi, respondentlərlə ünsiyyət qurma və komandada işləmə bacarığı, ərazini yaxşı tanıması və s. meyarlar əsasında seçilib. Sorğu və monitorinqin keçirilməsi üçün seçilmiş tələbələrə hazırlıq təlimləri təşkil edilib, onların çoxsaylı sualları cavablandırılıb, layihəyə dair tələblər məlumatlandırılıb.   Qeyd edək ki, layihənin icrasını AzTU-nun Logistika və Nəqliyyat İnstitutu və Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzi birgə həyata keçirir. 

Xəbər verdiyimiz kimi, Azərbaycan Texniki Universiteti (AzTU) ilə ölkəmizin 16 şəhər və rayonunda “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” layihəsinin həyata ke ..

2023-05-26
AzTU

AzTU-nun rektoru Şirvan şəhərində Ulu Öndərin 100 illiyinə həsr olunan konfransda iştirak edib

Şirvan Şəhər İcra Hakimiyyəti, Azərbaycan Texniki Universiteti (AzTU) və YAP Şirvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə Şirvan şəhərində “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə Şirvan şəhərinin mərkəzində Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Şirvan şəhər Heydər Əliyev Mərkəzi ilə tanışlıq, həmçinin mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən rəsm sərgisinə baxış keçirilib. Daha sonra Şirvan şəhər Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin ifasında konsert proqramı keçirilib.  “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda konfrans YAP Şirvan şəhər təşkilatının inzibati binasında davam edib. Əvvəlcə ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər haqqında “Xalqın adamı” filmi nümayiş olunub.  Konfransda çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ulu öndər Heydər Əliyevin fəaliyyəti, siyasi irsi haqqında geniş məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycanın bugünkü uğurları Ulu Öndərin siyasi irsi ilə əsası qoyulan milli inkişaf strategiyasının nəticəsidir. Bu irs çətin sınaqlar qarşısında xalqının milli-mənəvi dəyərlərini qoruyan ən ali meyardır. İlqar Abbasov hazırda Qalib Ali Baş Komandan, Prezident İlham Əliyevin bu siyasi irsi uğurla davam etdirdiyini vurğulayıb. Sonra çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev Ulu Öndər haqqında çıxışını 3 istiqamətdə davam etdirib. İlk olaraq onun təhsilin, xüsusilə də ali təhsilin inkişafına göstərdiyi diqqət və qayğısı, müəllim əməyinə verdiyi qiymət xüsusi vurğulanıb. Növbəti istiqamət kimi Ulu Öndərin sənayeləşmə siyasəti diqqətə çatdırılıb. Rektor qeyd edib ki, bugünkü iqtisadi uğurların təməlində məhz Heydər Əliyevin sənayeləşmə siyasəti dayanır. Üçüncü istiqamət kimi reformaların aparılması göstərilib ki, bu da Heydər Əliyevin hər zaman dəstəklədiyi istiqamətlərdən olub. Rektor deyib ki, qeyd olunan istiqamətlər hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün gənclərin müasir texnologiyaları mənimsəyərək dünya standartlarına cavab verən kadr kimi hazırlanması Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsidir. Daha sonra çıxış edən AzTU-nun məsləhətçi-professoru Heybətulla Əhmədov Ulu Öndərlə bağlı xatirələrindən söz açıb. Bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü onun tələbəlik illərinə təsadüf edib. 1969-cu ildə Heydər Əliyevin  Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi, onun tapşırığı ilə gənclərin xaricdə təhsil almağa göndərilməsi, ölkənin bütün sahələrdə inkişafı ilə bağlı qərarları xalq tərəfindən böyük rəğbətlə qarşılanıb. Heybətulla Əhmədov Ulu Öndərlə bağlı xatirələrini xronoloji ardıcıllıqla konfrans iştirakçılarının diqqətinə çatdırıb.   Çıxışlardan sonra YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov bir qrup şəxsin partiya üzvlüyünə qəbul olunduğunu bildirib və onlara üzvlük vəsiqələri təqdim olunub. Konfrans Nofəl Quliyev adına Şirvan şəhər 9 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.  

Şirvan Şəhər İcra Hakimiyyəti, Azərbaycan Texniki Universiteti (AzTU) və YAP Şirvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə Şirvan şəhərində “Ulu öndər Heydər Ə ..

2023-05-26
AzTU

AzTU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan elmi-texniki konfrans keçirilir

Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan tələbə və gənc tədqiqatçıların "Mütərəqqi texnologiyalar və innovasiyalar" mövzusunda Vll respublika elmi-texniki konfransı işinə başlayıb. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçılarını salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, konfransa AzTU və 50-dək müxtəlif təşkilat və universitetlərdən 500-ə yaxın elmi məruzə daxil olub. Rektor konfransın Ulu Öndərin 100 illiyinə həsr olunmasının xüsusilə əhəmiyyətli olduğunu və Ümummilli Liderin gənclərin inkişafı üçün  daim yüksək şərait yaratdığını vurğulayıb. Bildirib ki, konfransda müzakirə olunacaq mövzular gənclərin tədqiqat işlərinə daha ciddi cəlb olunması baxımından faydalı olacaq.   Daha sonra AzTU-nun tələbəsi Orxan Mustafaoğlu, Milli Aerokosmik Agentliyinin Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun şöbə rəisi, gənc tədqiqatçı Sevinc Bəşirova, AzTU-nun doktorantı Nadir Atayev, Heydər Əliyev adına Hərbi İnstitutun kursantı Seyfəddin Orucov konfransda geniş təqdimatla çıxış ediblər.      İki gün davam edəcək konfrans işini bölmə iclasları ilə davam etdirir.   

Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan tələbə və gənc tədqiqatçıların "Mütərəqqi texnologiyalar və in ..

2023-05-25
AzTU

Almaniyanın AQAS təşkilatının direktor müavini AzTU-da olub

Almaniyanın Ali Təhsilin Qiymətləndirilməsi və Akkreditasiyası Agentliyinin (AQAS) direktor müavini Ronny Heintze Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaq AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.   Görüş zamanı AzTU haqqında qonağa ətraflı məlumat verən rektor Vilayət Vəliyev beynəlxalq akkreditasiyanın ali təhsil müəssisələrinin tanınmasında, həmçinin tədris və tədqiqat xidmətlərinin beynəlxalq tələblərə uyğun təşkilindəki rolundan danışıb. Ronny Heintze təmsil etdiyi təşkilatın beynəlxalq akkreditasiya sahəsindəki fəaliyyəti barədə məlumat verib. Bildirib ki, təmsil etdiyi qurum Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlıdır. Görüşdə AQAS tərəfindən AzTU-da bakalavriat və magistratura səviyyələri üzrə proqram akkreditasiyası sahəsində əməkdaşlıq imkanları da müzakirə olunub.  

Almaniyanın Ali Təhsilin Qiymətləndirilməsi və Akkreditasiyası Agentliyinin (AQAS) direktor müavini Ronny Heintze Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaq AzTU-nun rektoru Vilay ..

2023-05-25
AzTU

UniClaD layihəsi çərçivəsində Macarıstanın aqrar klaster təcrübəsi öyrənilir

Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndələri “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” layihəsi (UniClaD) çərçivəsində Macarıstanda səfərdə olub. Macarıstanın Debrecen Universitetinin təşkil etdiyi səfərin məqsədi bu ölkənin aqrar klaster təcrübəsinin öyrənilməsi olub. Səfərdə AzTU-nu Kompüter texnologiyaları kafedrasının baş müəllimi Şəhla Əliyeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah təmsil edib. Debrecen Universitetinin sənaye ilə sıx əməkdaşlığı çərçivəsində Macarıstanın aqrar sektorunda klaster təcrübəsi, onların fəaliyyəti, idarəetmə strukturları, maliyyələşmə mexanizmləri, yerli təsərrüfatçılarla əməkdaşlıq imkanları və kommunikasiya üsulları geniş müzakirə olunub, görülən işlərə baxış keçirilib. Daha sonra iştirakçılar Macarıstanın kənd təsərrüfatı təcrübəsinin öyrənilməsi məqsədilə bir neçə balıqçılıq müəssisəsinə və fermalara səfər edib, onların fəaliyyəti, tətbiq etdikləri ən yeni  texnologiyalarla tanış olublar.

Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndələri “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialı ..

2023-05-25
AzTU

AzTU-da Ulu Öndərin 100 illiyinə həsr olunan intellektual yarış keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) “YENİ Klub”un təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib. Yarışda AzTU-nun bütün fakültələrindən tələbələr iştirak edib. Suallar Ulu Öndərin həyat və fəaliyyətini, həmçinin tələbələrin dünyagörüşünü əhatə edib. Yarışın sonunda qalib komandaların adları açıqlanıb. Nəticələrə əsasən, 1-ci yerə Xüsusi texnika və texnologiya, 2-ci yerə Nəqliyyat və logistika, 3-cü yerə isə İqtisadiyyat və idarəetmə fakültəsinin komandası layiq görülüb.   

Azərbaycan Texniki Universitetində (AzTU) “YENİ Klub”un təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Nə? Harada? Nə zaman?” inte ..

2023-05-24
AzTU

AzTU-nun “Brend tələbə”ləri mükafatlandırıldı

AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.  Bu gün AzEdu.az və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə AzTU-da təhsil alan “Brend tələbə”lər mükafatlandırılıb. Tədbirdə AzEdu.az təhsil portalının rəhbəri Elşad Eyvazlı, icraçı direktoru Tünzalə Abbasova, universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc İsgəndərova, Xüsusi texnika və texnologiya fakültəsinin dekanı Elçin Rzayev, Metallurgiya və materialşünaslıq fakültəsinin dekanı Nizami Poladov, Nəqliyyat və logistika fakültəsinin dekan müavini Qəzənfər Axundov və “Brend tələbə” statusuna layiq görülmüş tələbələr iştirak edib.  Tədbir Sevinc İsgəndərovanın açılış nitqi ilə başlayıb. Daha sonra çıxış edən Elşad Eyvazlı tələbələri təbrik edib və onlara təhsil həyatlarında nailiyyətlər arzulayıb.  Görüş zamanı tələbələrlə uğurun sirləri müzakirə edilib. "Brend tələbə"lər öz təəssüratlarını bölüşüb.Daha sonra onlara təltifnamələri təqdim olunub. AzTU-da "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:   Məmmədov Ayxan İlkin oğlu - Nəqliyyat və logistika fakültəsi  Babazadə Emil Aydın oğlu - Nəqliyyat və logistika fakültəsi  Rəşidli Atabəy Nahid oğlu - Nəqliyyat və logistika fakültəsi  Nəcəfov Elnur Həsən oğlu - Nəqliyyat və logistika fakültəsi  Mənəfov Şamil Mənəf oğlu - Nəqliyyat və logistika fakültəsi  Əsgərli Ayan Bayram qızı - İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsi  Zeynallı Maral Famiq qızı - İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsi  Əsgərli Flora İsmayıl qızı - Metallurgiya və materialşunaslıq fakültəsi  Veysəlov Sənan Tərlan oğlu - Xüsusi texnika və texnologiya fakültəsi  Məhəmmədli Eyvaz Mübariz oğlu - Maşınqayırma və robototexnika fakültəsi  Qeyd edək ki, “Brend tələbələr” ekspert komissiyasının hazırladığı meyarlar əsasında birbaşa universitetlər tərəfindən seçilib. Azərbaycanın 22 universiteti “Brend tələbə” ilə bağlı tələbə seçimini həyata keçirib.    

AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin ..

2023-05-23