Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU dayanıqlı mobillik proqramının coğrafiyasını genişləndirir

Azərbaycanda BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına xüsusi diqqət göstərilərək məqsədlərin milliləşdirilməsi və konkret icrası istiqamətində əhatəli işlər görülməkdədir. Bu xüsusda “Azərbaycan Respublikası Prezidentinin 27.12.2018-ci il tarixli, 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın, xüsusilə proqramın 7.4.6-cı bəndində nəzərdə tutulmuş “Hərəkət (mobillik) planlarının tərtib edilməsi” yarımbəndinin dövlətin dəstəyi ilə elmi əsasda icrasının təmin edilməsi mühüm əhəmiyyətə malikdir. “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məqsədilə 12 may 2023-cü il tarixində Azərbaycan Texniki Universiteti (AzTU) ilə Mingəçevir şəhər, Naftalan şəhər və Tovuz rayon icra hakimiyyətləri arasında müqavilə imzalanıb. AzTU-nun rektoru Vilayət Vəliyev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun iştirakı ilə keçirilən geniştərkibli görüşlərdə bildirilib ki, müqavilənin Ulu Öndərin 100 illiyi ərəfəsində imzalanması və “Heydər Əliyev İli”ndə icra olunması mühüm hadisə olmaqla bərabər onun irsinin davamına əhəmiyyətli töhfədir. Görüşlər zamanı dayanıqlı mobillik layihəsinin başlanmasına start verilərək qeyd olunub ki, dünyaya sürətlə inteqrasiya olunan respublikamızın şəhərlərində mobillik planının işlənib hazırlanması əhalinin həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə artmasına təkan verəcək. Belə ki, hazırlanacaq hesabatlar şəhər nəqliyyat infrastrukturunun ümumi inkişafı, ictimai nəqliyyat şəbəkəsinin işinin yaxşılaşdırılması, piyada hərəkətinin təhlükəsizliyinin artırılması və asanlaşdırılması, velosiped yollarının istiqamətinin müəyyən edilməsi, yollarda digər təkmilləşdirmə üzrə tədbirlər “Şəhərdaxili hərəkət (mobillik) planları”nda öz əksini tapacaq. Natiqlər layihənin dövlətin dəstəyi ilə yaradılmış işgüzar şəraitdə universitet-sənaye əməkdaşlığının ən bariz nümunəsi olduğunu vurğulayıb və tələbə-müəllim-əmək bazarı iştirakçılarının təmas nöqtəsi kimi dəyərləndiriblər. Görüşlərdə Mingəçevir şəhər, Naftalan şəhər və Tovuz rayon icra hakimiyyətlərinin əməkdaşları, həmçinin AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, Universitet-Sənaye Əməkdaşlığı və Ömurboyu Təhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova iştirak edib. Sonda AzTU-nun Sosial İnkişaf Mərkəzinin aparıcı mütəxəssisi, qabaqcıl təhsil işçisi, “Dədə Qorqud” mükafatı laureatı Naqiyə Rzayevanın əl işi olan rəsm əsəri rayon icra hakimiyyətlərinin başçılarına təqdim edilib.    

Azərbaycanda BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına xüsusi diqqət göstərilərək məqsədlərin milliləşdirilməsi və konkret icrası istiqamətində əhatə ..

2023-05-12
AzTU

AzTU basketbol komandası Belarus təmsilçilərinə böyük hesabla qalib gəldi - VİDEO

Mayın 12-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində Elm və Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq basketbol turnirinin növbəti oyunları keçirilib. AzTU (Azərbaycan) və YKSUG (Belarus) tələbələrdən ibarət basketbol komandaları arasında keçirilən oyunda AzTU komandası 81-61 hesabı ilə Belarus təmsilçilərinə qalib gəlib. Oyun müddətində AzTU basketbol komandasının rəqibdən üstün olması komandamızın fan klubunun üzvlərinin dəstəyi və alqışları ilə müşayiət olunub. Turnirin oyunlarını federasiyanın rəsmi yutub kanalından izləyə bilərsiniz. Qeyd edək ki, beynəlxalq basketbol turnirinin final görüşü 15 may saat 14:30-da keçiriləcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Mayın 12-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində Elm və Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 ..

2023-05-12
AzTU

AzTU basketbol komandası Türkmənistan təmsilçilərinə qalib gəldi - VİDEO

Mayın 11-də "Sərhədçi" İdman Olimpiya  Mərkəzində Elm və Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq basketbol turnirinin açılış mərasimi keçirilib. Açılış mərasimindən sonra turnirin qrup mərhələsində 4 oyun keçirilib. AzTU (Azərbaycan) və TTK (Türkmənistan) tələbələrdən ibarət basketbol komandaları arasında keçirilən oyunda AzTU komandası 74-73 hesabı ilə Türkmənistan təmsilçilərinə qalib gəlib. Oyun müddətində AzTU basketbol komandasının rəqibdən üstün olması komandamızın fan klubunun üzvlərinin dəstəyi və alqışları ilə müşayiət olunub. Turnirin oyunlarını federasiyanın rəsmi yutub kanalından izləyə bilərsiniz. Qeyd edək ki, beynəlxalq basketbol turnirinin final görüşü 15 may saat 14:30-da keçiriləcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Mayın 11-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində Elm və Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 10 ..

2023-05-11
AzTU

AzTU nümayəndə heyəti Qəbələdə "SAVALAN-ASPİ Winery" müəssisəsində olub

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Qəbələ rayonunda fəaliyyət göstərən "SAVALAN-ASPİ Winery" müəssisəsinə səfər edib.  Məqsəd universitet-sənaye işbirliyinin gücləndirilməsi istiqamətində müəssisələrlə əlaqələrin genişləndirilməsi, həmçinin regionda yaşayan tələbələrin bazar iqtisadiyyatı şəraitində karyera imkanlarına dəstək göstərilməsidir. Qeyd olunub ki, yüksək texnologiyalar əsasında qurulan, geniş istehsalat sahəsini əhatə edən müəssisənin Qəbələ və İsmayıllı rayonları ərazisində üzüm bağları var və ölkəmizin qeyri-neft sektorunun, xüsusilə ixrac potensialının artırılmasında kifayət qədər mühüm rol oynayır. Görüşdə birgə layihələrin icrası, ixtisasartırma kursları, xüsusilə qida mühəndisliyi, elektronika, IT, logistika, iqtisadiyyat və menecment ixtisaslarında təhsil alan tələbələr üçün təcrübə və təqaüd imkanları, universitetdə laborator imkanların gücləndirilməsi, regional aspekti nəzərə alınaraq, məzunların işlə təmin olunmasına dair yanaşma, eləcə də AzTU brendinin tanıdılması istiqamətində birgə addımların atılması müzakirə edilib.  Qeyd edək ki, AzTU rektorunun başçılıq etdiyi nümayəndə heyətində beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov, Universitet-Sənaye Əməkdaşlığı və Ömurboyu Təhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova, rektorun müşaviri Fikrət Nəbiyev və Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Bəxtiyarlı iştirak edib.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Qəbələ rayonunda fəaliyyət göstərən "SAVALAN-ASPİ Winery" müəssisəsinə səf ..

2023-05-11
AzTU

AzTU regionlarda şəhərdaxili mobillik planının icrasını həyata keçirir

“Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məqsədilə 11 may 2023-cü il tarixində Azərbaycan Texniki Universiteti (AzTU) ilə Ağcabədi, Göygöl və Şəmkir rayon icra hakimiyyətləri arasında müqavilə imzalanıb. Qeyd edək ki, müqavilə Dayanıqlı inkişaf məqsədlərinin ardıcıl həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 7.4.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 22 yanvar tarixli 25 nömrəli “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” qərarına uyğun işlərin görülməsini nəzərdə tutur. İmzalanma mərasimlərində AzTU-nun rektoru Vilayət Vəliyev, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin iştirakı ilə keçirilən geniştərkibli görüşlərdə bildirilib ki, müqavilənin Ulu Öndərin 100 illiyi ərəfəsində imzalanması və “Heydər Əliyev İli”ndə icra olunması mühüm hadisə olmaqla bərabər onun irsinin davamına əhəmiyyətli töhfədir. Məhz Ulu Öndər şəhərlərimizin dayanıqlı inkişafına, xüsusilə də yol şəbəkələrinin planlı layihələndirilməsi və icrasına ciddi fikir verirdi. Görüşlər zamanı “Şəhərdaxili hərəkər (mobillik) planının hazırlanması” layihəsinin başlanmasına start verilərək layihənin gedişatına dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, dünyaya sürətlə inteqrasiya olunan respublikamızın şəhərlərində mobillik planının işlənib hazırlanması əhalinin həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə artmasına təkan verəcək. Belə ki, hazırlanacaq hesabatlar şəhər nəqliyyat infrastrukturunun ümumi inkişafı, ictimai nəqliyyat şəbəkəsinin işinin yaxşılaşdırılması, piyada hərəkətinin təhlükəsizliyinin artırılması və asanlaşdırılması, velosiped yollarının istiqamətinin müəyyən edilməsi, yollarda digər təkmilləşdirmə üzrə tədbirlər “Şəhərdaxili hərəkət (mobillik) planları”nda öz əksini tapacaq. Natiqlər layihənin dövlətin dəstəyi ilə yaradılmış işgüzar şəraitdə universitet-sənaye əməkdaşlığının ən bariz nümunəsi olduğunu vurğulayıb və tələbə-müəllim-əmək bazarı iştirakçılarının təmas nöqtəsi kimi dəyərləndiriblər. Görüşlərdə Ağcabədi, Göygöl və Şəmkir Rayon İcra hakimiyyətlərinin əməkdaşları, həmçinin AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, Universitet-Sənaye Əməkdaşlığı və Ömurboyu Təhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova iştirak edib. Sonda AzTU-nun Sosial İnkişaf Mərkəzinin aparıcı mütəxəssisi, qabaqcıl təhsil işçisi, “Dədə Qorqud” mükafatı laureatı Naqiyə Rzayevanın əl işi olan rəsm əsəri rayon icra hakimiyyətlərinin başçılarına təqdim edilib.  

“Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məqsədilə 11 may 2023-cü il tarixində Azərbaycan Texniki Universiteti (AzTU) ilə Ağcabədi, Göygöl və Şəmkir rayon icr ..

2023-05-11
AzTU

AzTU-nun professoru Türkiyədə və Şimali Kipr Türk Respublikasında beynəlxalq konfranslarda çıxış edib

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Əyyub Kərimov ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Türkiyənin Bursa Uludağ Universitetində keçirilən  “Azərbaycan-Türkiyə. Bir  millət, iki dövlətin yenilməzlik fəlsəfəsi” mövzusunda beynəlxalq konfransda iştirak edib. Əyyub Kərimov konfransda “Heydər Əliyev azərbaycançılıq ideologiyasının banisidir” mövzusunda çıxış edib. AzTU professoru həmçinin Şimali Kipr Türk Respublikasında keçirilən “İqtisadiyyat və Sosial Elmlər üzrə Doqquzuncu Beynəlxalq konfransda  (E&SS 2023)” iştirak edərək “Ümummilli lider Heydər Əliyevin təhsil siyasəti və onun əsas xüsusiyyətləri”  mövzusunda çıxış edib. Çıxışlar zamanı Əyyub Kərimov ulu öndər Heydər Əliyevin zəngin və şərəfli həyat yolundan, ölkənin inkişafı istiqamətində misilsiz xidmətlərindən danışıb.   

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Əyyub Kərimov ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Türkiyənin Bursa Uludağ Universitetində keçirilən “Azərbaycan-T ..

2023-05-11
AzTU

AzTU-nun magistr tələbələri üçün ustad dərsi keçirilib

  “TIM Consulting” və “TIM Academy” şirkətlərinin təsisçisi, 20 ildən artıq IT sahəsində ən mürəkkəb layihələrə imza atmış tanınmış ekspert Teymur Hacıyev tərəfindən Azərbaycan Texniki Universitetinin (AzTU) magistratura səviyyəsində təhsil alan tələbələri üçün “Oracle verilənlər bazasının təhlükəsizliyi” mövzusunda ustad dərsi keçirilib. Dərs zamanı Oracle verilənlər bazası təhlükəsizliyinin müxtəlif aspektləri, o cümlədən girişə nəzarət, autentifikasiya, məlumatların şifrlənməsi, şəbəkə təhlükəsizliyi, ehtiyat nüsxə və bərpaetmə məsələləri barədə məlumat verilib. Həmçinin Oracle verilənlər bazalarının təhlükəsizliyini təmin etmək üçün ən son təhlükəsizlik xüsusiyyətləri və ən yaxşı təcrübələr tələbələrin diqqətinə çatdırılıb. Teymur Hacıyev regionun dövlət əhəmiyyətli ən kritik və 24*7 statuslu “Oracle Database” infrastrukturunun qurulmasında yaxından iştirakı zamanı qarşılaşdığı bəzi kritik informasiya təhlükəsizliyi insidentlərinin aradan qaldırılması təcrübələrini də bölüşüb. Dərs zamanı “TIM Consulting” və “TIM Academy” şirkətlərində təcrübə və layihələrdə iştirak imkanları barədə məlumat verilib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb. Xatırladaq ki, Teymur Hacıyev Prezident İlham Əliyevin Sərəncamına əsasən,  2009-cu ildə Azərbaycanın IT ekosistemində xüsusi xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

“TIM Consulting” və “TIM Academy” şirkətlərinin təsisçisi, 20 ildən artıq IT sahəsində ən mürəkkəb layihələrə imza atmış tanınmış ekspert Teymur Hacıyev tərəfindən Az ..

2023-05-11
AzTU

Azərbaycan Texniki Universiteti beynəlxalq əməkdaşlığı genişləndirir

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Selçuk Universitetinin nəzdindəki Konya Texnoparkı (Konya Teknokent) və Pakistanın Quaid-i-Azam və İslamabad Vəqf universitetləri arasında analaşma memorandumları imzalanıb.   Türkiyə və Pakistan ali təhsil müəssisələri ilə imzalanmış memorandumlarda tələbə və müəllim mübadiləsi, elmi-tədqiqat və innovasiya fəaliyyətində universitetlərin mövcud potensial və resurslarından birgə istifadə, habelə universitet-sənaye işbirliyinin inkişafı öz əksini tapıb.

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Selçuk Universitetinin nəzdindəki Konya Texnoparkı (Konya Teknokent) və Pakistanın Quaid-i-Azam və İslamabad Vəqf universitetləri ar ..

2023-05-10
AzTU

IELTS imtahanlarında uğurlu nəticə göstərən AzTU tələbələrinə sertifikat təqdim olunub

Azərbaycan Texniki Universiteti (AzTU), Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Təhsilin İnkişafı Fondu arasında imzalanmış müqaviləyə əsasən, 21 dekabr 2022-ci il və 31 mart 2023-cü ildə təşkil edilmiş IELTS imtahanlarında uğurlu nəticə göstərən tələbələrə sertifikatların təqdim olunması mərasimi keçirilib. AzTU-da keçirilən tədbirdə tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli çıxış edərək tələbələrin xarici dil biliklərinin inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, IELTS imtahanlarında iştirak etmək müəllim və tələbələrin fərdi inkişafında, dil biliklərinin daha da inkişaf etdirilməsində müsbət rol oynayır. Bu prosesdə Təhsilin İnkişafı Fondunun dəstəyi isə mühüm əhəmiyyət kəsb edir. Daha sonra çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə heyətinin sədr müavini Nərgiz İsmayılova fondun fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. Çıxışlardan sonra IELTS imtahanlarında uğurlu nəticə göstərən tələbələrə Təhsilin İnkişafı Fondunun sertifikatı təqdim olunub. Qeyd edək ki, sertifikat alan tələbələrin imtahan ödənişləri Təhsilin İnkişafı Fondu tərəfindən geri qaytarılıb.

Azərbaycan Texniki Universiteti (AzTU), Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Təhsilin İnkişafı Fondu arasında imzalanmış müqaviləyə əsasən, 21 dekabr 2022-ci il və 31 ma ..

2023-05-10
AzTU

AzTU tələbələrinin Hərb Tarixi Muzeyinə ekskursiyası təşkil edilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Xüsusi texnika və texnologiya fakültəsinin bir qrup tələbəsinin Hərb Tarixi Muzeyinə ekskursiyası təşkil edilib. Azərbaycan hərb tarixinin qədim dövrdən bu günə kimi keçdiyi inkişaf yolu, ordumuzun istifadə etdiyi texnikalar, silahlar barədə tələbələrə məlumat verilib. Tələbələr muzeydə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolar, sənədlər və ona məxsus əşyalar, hərbi geyim nümunəsi, ordu quruculuğu ilə bağlı gördüyü işlərlə tanış olublar. 44 günlük Vətən müharibəsinə həsr olunan Zəfər zalı, həmçinin muzeyin həyətində nümayiş olunan hərbi texnikalar barədə də tələbələrə ətraflı məlumat verilib.

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Xüsusi texnika və texnologiya fakültəsinin bir qrup tələbəsinin Hərb Tarixi M ..

2023-05-08