Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun iki komandası dünyanın ən böyük robot festivalının qalibi olub

AzTU-nun iki komandası dünyanın ən böyük robot festivalının qalibi olub

08.05.2024     951     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) komandaları 20-21 aprel tarixlərində dünyanın ən böyük robot festivalı olan “Robotex”in Türkiyənin Antalya şəhərində keçirilən yarımfinal mərhələsində möhtəşəm uğura imza atıb. AzTU-nun yarışmada iştirak edən 2 komandasının hər biri qalib olub.

Belə ki, AzTU-nun doktorantları Türkanə Qəhrəmanlı və Xumarə Qəhrəmanlının  komandaları “Water rally” və “Girls’ Firefighting” kateqoriyaları üzrə universitet səviyyəsində olan yarışmada I yerə layiq görülüb.

Qeyd edək ki, Estoniyada əsası qoyulan “Robotex” festivalı dünyanın ən böyük robot yarışması hesab edilir.

AzTU-nun rektoru Vilayət Vəliyev qaliblərlə görüşüb, onlara gələcək yarışlarda uğurlar arzulayıb.


Digər xəbərlər