Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti AzTU-nun Kitabxana İnformasiya Mərkəzi ilə tanış olub

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti AzTU-nun Kitabxana İnformasiya Mərkəzi ilə tanış olub

02.07.2025     157     AzTU

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Texniki Universitetinə (AzTU) səfəri çərçivəsində Kitabxana İnformasiya Mərkəzi ilə tanış olub.

Kitabxana İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyeva bildirib ki, mərkəz Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, BP şirkəti və Azərbaycan Texniki Universitetinin (AzTU) maliyyə dəstəyi ilə qurulub. Mərkəzdə yaradılan imkanlar haqqında Prezident Ersin Tatara məlumat verən Xəyalə Hacıyeva qeyd edib ki, iki mərtəbədən ibarət olan kitabxana eyni vaxtda 200 nəfər istifadəçiyə xidmət göstərir. Beynəlxalq standartlara cavab verən mərkəzdə elmi-mədəni irsin mühafizəsi və istifadəsini təmin edən repozitariya yaradılıb və kitabxananın elektron xidmətlərinin inteqrasiya olunduğu veb sayt hazırlanıb.

Mərkəz ən son kitabxana təhlükəsizlik və özünə xidmət sistemi ilə təchiz edilib. Elektron kiosklar oxuculara fiziki resurs kolleksiyasında olan resursun mövcudluq vəziyyətini təyin etməyə, özünə xidmət texnologiyası isə materialların istifadəçilər tərəfindən hesablarına daxil olmaqla sərbəst istifadəsini təmin edir. Bundan əlavə, Kitabxana istifadəçilər üçün printer və skaner avadanlıqları ilə də təchiz olunub. O da qeyd olunub ki, AzTU Kitabxana İnformasiya Mərkəzi yerli mütəxəssislər tərəfindən ölkədə yaradılmış ilk tam beynəlxalq infrastrukturlu kitabxanadır.


Digər xəbərlər