Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər İstanbul Bahçeşehir Universitetinin rektoru AzTU-da olub

İstanbul Bahçeşehir Universitetinin rektoru AzTU-da olub

23.05.2024     495     AzTU

İstanbul Bahçeşehir Universitetinin rektoru professor Esra Hatipoğlunun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.

Qonaqlar AzTU-nun rektoru professor Viliayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər. Rektor Vilayət Vəliyev AzTU-da görülən işlər və həyata keçirilən yeniliklər haqqında qonaqlara ətraflı məlumat verib.

Esra Hatipoğlu İstanbul Bahçeşehir Universitetinin fəaliyyəti barədə geniş məlumat verib. Görüşdə müvafiq istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə olunub.


Digər xəbərlər