Azərbaycan Texniki Universitetində (AzTU) tədris olunan bir sıra mühəndislik ixtisasları nüfuzlu AQAS (Agentur für Qualitätssicherung durch Akkreditierung von Studiengängen) Akkreditasiya üzrə Daimi Komissiyası tərəfindən uğurla akkreditasiyadan keçib.
Akkreditasiya 5 təhsil proqramından ibarət bir klaster üzrə həyata keçirilib:
Akkreditasiya prosesi çərçivəsində AQAS ekspertləri tərəfindən 27–31 oktyabr 2025-ci il tarixlərində AzTU-da yerində qiymətləndirmə (site visit) həyata keçirilib. Sahə səfəri zamanı qeyd olunan 5 proqramdan ibarət klaster üzrə tədris proqramlarının məzmunu, tədris keyfiyyəti, infrastruktur və idarəetmə mexanizmləri hərtərəfli təhlil edilib.
Qiymətləndirmənin nəticələrinə əsasən, qeyd olunan proqramlar beynəlxalq standartlara uyğun hesab edilib və 31 mart 2032-ci il tarixinədək akkreditasiya olunub.
Bu uğur AzTU-da mühəndislik təhsilinin keyfiyyətinin beynəlxalq səviyyədə tanındığını, universitetin təhsil və elmi potensialının yüksək olduğunu bir daha təsdiqləyir. Akkreditasiya həmçinin tələbələr üçün beynəlxalq səviyyədə tanınan diplom əldə etmək, eləcə də əmək bazarında rəqabət qabiliyyətini artırmaq baxımından mühüm əhəmiyyət daşıyır.
AzTU bundan sonra da təhsil proqramlarının keyfiyyətinin yüksəldilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.