Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU tələbələrinin iştirak etdiyi komandalar Startap Günlərinin qalibi olub

AzTU tələbələrinin iştirak etdiyi komandalar Startap Günlərinin qalibi olub

26.01.2026     59     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində AzTU, Türkiyə-Azərbaycan Universiteti (TAU) və Milli Aviasiya Akademiyasının (MAA) tələbələrinin iştirakı ilə keçirilən Startap Günləri uğurla başa çatıb. “Startap Azərbaycan” platformasının tərəfdaşlığı ilə təşkil olunan tədbir iki gün ərzində innovativ ideyalara maraq göstərən gəncləri, mentorları və ekspertləri bir araya gətirib.

“Startap Azərbaycan” platformasının rəhbəri Osman Gündüz açılış nitqi ilə iştirakçıları salamlayıb. O, ölkədə startap ekosisteminin inkişafı, gənclərin innovativ təşəbbüslərə cəlb olunması və bu kimi tədbirlərin əhəmiyyəti barədə fikirlərini bölüşüb. Daha sonra AzTU İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev Startap Günlərinin proqramı bardə məlumat verib.

Tədbirin ilk günü tələbələr tərəfindən ümumilikdə 44 startap ideyası təqdim olunub. Qısa təqdimatlardan sonra səsvermə nəticəsində 8 ən perspektivli ideya seçilərək növbəti mərhələyə vəsiqə qazanıb. Seçilmiş ideyalar üzrə komandalar formalaşdırılıb və layihələrin ilkin prototiplərinin və biznes modellərinin hazırlanmasına start verilib.

Tədbirin ikinci günü ideyaların formalaşdırılması, düzgün istiqamətin seçilməsi, komanda işi və təqdimat bacarıqlarının inkişafı qiymətləndirilib.

Günün sonunda komandalar hazırladıqları layihələri münsiflər heyəti qarşısında 4–5 dəqiqəlik təqdimatlar şəklində nümayiş etdirib.

Layihələr münsiflər heyəti (Fərid Kazımov, Samir Həbibli, Rahid Ələkbərli, Rasim Abdullayev, Rəşad Əliyev) tərəfindən innovativlik, texniki əsaslandırma, reallaşdırma potensialı və biznes dəyəri meyarları üzrə qiymətləndirilib.

Nəticələrə əsasən, AzTU və MAA tələbələrindən ibarət “Timeless History” komandası 1-ci olub. AzTU tələbələrindən ibarət “Youth.az” və “Skill Match” komandaları 2-ci yerə layiq görülüb. AzTU və TAU tələbələrindən ibarət “Nexo” komandası isə 3-cü yerin sahibi olub.


Digər xəbərlər