Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun təşkilatçısı olduğu beynəlxalq konfrans keçirilib

AzTU-nun təşkilatçısı olduğu beynəlxalq konfrans keçirilib

21.06.2025     74     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU), Daşkənd Dövlət Nəqliyyat Universiteti və İstanbul Texniki Universitetinin (İTÜ) birgə təşkilatçılığı ilə “21-ci əsrdə İpək Yolu: Müasir nəqliyyat və logistika texnologiyaları” adlı onlayn beynəlxalq konfrans keçirilib.  

Konfrans İTÜ-nün prorektoru professor Lütfiyə Durak Ata və AzTU-nun prorektoru i.ü.f.d. Rəşad Əliyevin açılış çıxışları ilə başlayıb.

Təşkilatçı ali məktəblərdən başqa İngiltərə və ABŞ universitetlərindən məruzəçilərin də iştirak etdiyi konfrans 3 bölmədə işini davam etdirib.

AzTU əməkdaşları - dosent Fuad Daşdəmirov, professor Heybətulla Əhmədov, dosent Nicat Zöhrabov, dosent Qasım Manafov, dosent Atif Namazov və Logistika və Nəqliyyat İnstitutunun əməkdaşı Ülvi Cavadlı konfransın “Sərnişin və yük daşımalarının enerji və ekoloji problemləri”, “Yeni İpək Yolunun avtomobil, dəmiryolu, dəniz şəbəkəsi”, “İpək Yolunun gələcəyində yeni texnologiyalar və innovasiyalar” bölmələrində məruzə ilə çıxış ediblər.


Digər xəbərlər