Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun rektoru qış imtahan sessiyasının gedişini izləyib

AzTU-nun rektoru qış imtahan sessiyasının gedişini izləyib

12.01.2024     663     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev qış imtahan sessiyasının gedişini izləyib. 

Qeyd edək ki, imtahanlar əyani təhsil alan I kurslar üçün test, yazılı və şifahi, əyani təhsil alan II, III və IV kurslar üçün şifahi (yazılı) üsulla keçirilir. Qiyabi təhsil alan I, II, III, IV kurslar üçün imtahanlar test, V kurslar üçün isə şifahi (yazılı) üsulla təşkil edilib.

Magistratura səviyyəsində isə imtahanlar şifahi (yazılı) üsulla keçirilir.

Sessiya zamanı üzrlü səbəblərdən imtahanda iştirak etməyən tələbələrə fevralın 8-dən 14-dək həmin fənlərdən imtahan vermək üçün şərait yaradılacaq.

Qeyd edək ki, sessiyanın gedişinə nəzarət, həmçinin şəffaflığın təmin olunması məqsədilə AzTU-da Apelyasiya Komissiyası, İmtahan Qərargahı və "Qaynar xətt" (+99412 539 13 05) fəaliyyət göstərir. 


Digər xəbərlər