Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun rektoru dünyaşöhrətli fotojurnalist Reza Deqati ilə görüşüb

AzTU-nun rektoru dünyaşöhrətli fotojurnalist Reza Deqati ilə görüşüb

15.02.2024     706     AzTU

Dünyaşöhrətli fotojurnalist, həmyerlimiz Reza Deqati Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.

Qonağı AzTU-da salamlamaqdan məmnunluğunu bildirən rektor Vilayət Vəliyev Reza Deqatinin 90-cı illərdə xalqımıza qarşı törədilən faciələr zamanı lentə aldığı fotolar vasitəsilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rolunu qeyd edib.

44 günlük Vətən müharibəsi zamanı ermənilərin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi cinayətlərin geniş auditoriyaya Reza Deqatinin obyektivi vasitəsilə çatdırıldığı da xüsusi vurğulanıb.

Dünyaşöhrətli fotojurnalist Reza Deqati bildirib ki, fotojurnalistika təcrübəsində onu 1992-ci ildə Xocalıda gördüyü dəhşətli mənzərə qədər təsirləndirən məqamlar olmayıb. Fotojurnalist deyib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi, ordumuzun gücü nəticəsində haqq-ədalət öz yerini tapıb, işğala son qoyulub, Xocalı azad olunub.

O, Xocalı faciəsi, Vətən müharibəsi və Qarabağda yenidənqurma işləri zamanı çəkdiyi fotoları hər zaman beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışacağını bildirib.

Qeyd edək ki, görüşdə Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov da iştirak edib.    


Digər xəbərlər