Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun professoru Qırğızıstanda beynəlxalq konqresdə çıxış edib

AzTU-nun professoru Qırğızıstanda beynəlxalq konqresdə çıxış edib

21.09.2023     550     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Yeni Materiallar və Nanotexnologiya Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri, Metallurgiya və materiallar texnologiyası kafedrasının professoru Əmdulla Mehrabov Qırğızıstanın Bişkek şəhərində 5-ci Beynəlxalq Türk Dünyası Elm və Mühəndislik Konqresində iştirak edib.

Konqres Qırğızıstan-Türkiyə Manas Universiteti (KTMU), Niğde Ömer Halisdemir Universiteti (NOHU) və AzTU-nun əməkdaşlığı çərçivəsində təşkil olunub.

Tədbirin açılş mərasimində KTMU-nun rektoru professor Alpaslan Ceylan, NOHU-nun rektoru professor Həsən Uslu və AzTU-nun rektoru professor Vilayət Vəliyev iştirakçıları salamlayıb və konqresin işinə uğurlar arzulayıblar. Qeyd edək ki, NOHU və AzTU rektoru tədbirə onlayn formatda qoşulub.

Daha sonra konqresin həmsədrləri KTMU-nun professoru Ercan Çelik, NOHU-nun professoru Murat Barut və AzTU-nun professoru Əmdulla Mehrabov çıxış edərək təmsil etdikləri universitetlər haqqında geniş məlumat veriblər.

Professor Əmdulla Mehrabov konqres çərçivəsində “Yerli elektrikləşdirilmə üçün bərpa olunan günəş-külək hibrid enerji istehsalı: icmal” mövzusunda plenar məruzəçi kimi çıxış edib.

Konqresin bağlanış sessiyasında 6-ci Beynəlxalq Türk Dünyası Elm və Mühəndislik Konqresinin 2024-cü ildə Bakıda AzTU-nun ev sahibliyi ilə keçirilməsi qərara alınıb.  


Digər xəbərlər