Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU müəllimi Almaniyada doktorluq dissertasiyasını uğurla müdafiə edib

AzTU müəllimi Almaniyada doktorluq dissertasiyasını uğurla müdafiə edib

12.11.2025     26     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma texnologiyası kafedrasının müəllimi İlqar Abbasov Brandenburg Texniki Universiteti Cottbus-Senftenberg (BTU C-S)-də "Torna emalında enerji səmərəliliyinin artırılması metodikasının işlənməsi" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək Alman Doktor –Mühəndis (Dr.-Ing.) akademik elmi dərəcəsi alıb.

Qeyd edək ki, o, Maşınqayırma texnoilogiyası kafedrasının doktorantı kimi (elmi rəhbər, prof. Nizami Yusubov) 2019-cu ildə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) 4 illik doktorantura təqaüdünü qazanaraq, 2020-ci ilin oktyabr ayından BTU C-S-in Maşınqayırma, elektrik və enerji sistemləri fakültəsində doktorantura təhsilinə baş­la­yıb. Burada onun elmi rəhbəri Metalkəsən dəzgahlar kafedrasının müdiri, AzTU-nun fəxri doktoru, professor Sylvio Simon olub. Tədqiqatın eksperimental mərhələləri yalnız Brandenburg Texniki Universitetində deyil, həmçinin Polşanın Jelenia Gora və Vroslav Texnologiya universitetlərində də həyata keçirilib və yüksək elmi nəticələr əldə olunub.

2024-cü ilin oktyabr ayında DAAD təqaüdü başa çatdıqdan sonra İlqar Abbasov həmin fakültədə elmi işçi və müəllim kimi fəaliyyətə başlayıb. Bu qərar BTU C-S-nin onun elmi potensialına və peşəkarlığına verdiyi yüksək qiymətin bariz göstəricisini nümayiuş etdirib və eyni zamanda universitetlərimiz arasında beynəlxalq əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfə verib.

Maşınqayırma texnologiyası kafedrasının müdiri, professor Nizami Yusubov BTU C-S-də yaradılan Müdafiə Şurasının üzvü və əsas rəyçilərdən biri kimi müdafiə prosesində, eləcə də kafedranın dosentı Ərəstun Məmmədov Müdafiə Şurasının iclasında qo­naq qismin­də iştirak ediblər.  

İlqar Abbasovun müdafiə etməsi ilə əlaqədar AzTU-nun rektoru Vilayət Vəli­yev BTU C-S-in prezidenti professor Gesine Grandeyə tə­şək­kür məktubu göndərib. Rektorun məktubu dis­ser­ta­si­yanın müdafiəsindən sonra Gesi­ne Gran­de­yə təqdim edilib.


Digər xəbərlər