Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU komandaları beynəlxalq proqramlaşdırma müsabiqəsinin Azərbaycan üzrə regional mərhələsinə vəsiqə qazanıb

AzTU komandaları beynəlxalq proqramlaşdırma müsabiqəsinin Azərbaycan üzrə regional mərhələsinə vəsiqə qazanıb

04.11.2025     50     AzTU

“50-ci ICPC – Universitetlərarası Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin Azərbaycan üzrə təsnifat mərhələsi keçirilib. Müsabiqə ICPC Azərbaycan İcmasının, Azərbaycan Texniki Universiteti (AzTU) və ADA Universitetinin təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə həyata keçirilib.

Təsnifat mərhələsi AzTU, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan-Fransız Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Lənkəran Dövlət Universiteti, Qarabağ Universiteti və Naxçıvan Dövlət Universitetinin texniki bazasında təşkil olunub.

Müsabiqədə Azərbaycanın 22 ali təhsil müəssisəsindən 157 komanda (hər biri üç tələbə və bir komanda rəhbərindən ibarət olmaqla), həmçinin müsabiqədən kənar 3 məktəblilər komandası iştirak edib.

Komandalara 5 saat ərzində 14 alqoritmik məsələni C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək və bu həlləri avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmək tapşırığı verilib.

Müsabiqənin nəticələrinə əsasən, AzTU-nun 4 komandası (ümumilikdə 63 komanda) 15 noyabr 2025-ci il tarixində keçiriləcək “50-ci ICPC – Universitetlərarası Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin Azərbaycan üzrə regional mərhələsinə vəsiqə qazanıb.

Regional mərhələni müvəffəqiyyətlə başa vuracaq komandalar 15–17 dekabr 2025-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçiriləcək “50-ci ICPC – Universitetlərarası Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsində və Cənubi Qafqaz Açıq Çempionatında (komanda və fərdi nominasiyalar üzrə) iştirak etmək hüququ əldə edəcəklər.


Digər xəbərlər