Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU İnkubasiya Mərkəzində startapçılar üçün təlim keçirilib

AzTU İnkubasiya Mərkəzində startapçılar üçün təlim keçirilib

05.11.2025     32     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində universitetin və “Startap Azərbaycan” platformasının birgə dəstəyi ilə startapyönümlü təlim keçirilib.

Təlimdə ekspert və mentor, “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun sədri Fərid Kazımov startapların formalaşması, inkişaf mərhələləri və ideyaların bazaryönümlü layihələrə çevrilməsi mövzusunda təqdimatla çıxış edib. O, gənclərə startap ekosistemində düzgün yanaşmanın və komanda işinin əhəmiyyətindən danışıb, real nümunələr əsasında praktiki tövsiyələr verib.

Tədbirdə çıxış edən AzTU İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev yaxın günlərdə universitetin və “Startap Azərbaycan” platformasının birgə təşkilatçılığı ilə “Startap Günləri” adlı genişmiqyaslı tədbirin keçiriləcəyini bildirib. Qeyd olunub ki, bu tədbir tələbələr üçün innovativ ideyaları təqdim etmək, komanda qurmaq və mentorlarla əməkdaşlıq imkanları yaradacaq.

Qeyd edək ki, AzTU İnkubasiya Mərkəzi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə əməkdaşlıq edir.


Digər xəbərlər