Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU əməkdaşları beynəlxalq sertifikat əldə edib

AzTU əməkdaşları beynəlxalq sertifikat əldə edib

08.01.2026     100     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları “Microsoft Certified Educator (MCE)” layihəsində iştirak edib. Layihə “Microsoft”un Qlobal Təlim Tərəfdaşı və "Certiport"un Azərbaycanda rəsmi distribütoru olan "Baku Design Acedemy"nin təşkilatçılığı və AzTU-nun Təhsildə İnformasiya Texnologiyaları və Metodik Dəstək İnstitutunun dəstəyi ilə həyata keçirilib.

Məqsəd müəllimlərin beynəlxalq səviyyədə tanınan sertifikasiya əldə etməsinə şərait yaratmaq, onların peşəkar inkişafını dəstəkləmək və bununla yanaşı universitetin beynəlxalq reytinqlərdə akademik heyətin inkişafı üzrə göstəricilərin gücləndirilməsidir. Layihə müəllimlərin müasir pedaqoji və rəqəmsal bacarıqlarının artırılmasına, beynəlxalq standartlara uyğun tədris kompetensiyalarının formalaşdırılmasına xidmət edir.

Ümumilikdə 56 saatlıq (təlimlər, vebinarlar və seminarlar daxil olmaqla) hazırlıq proqramında 92,5% uğur göstəricisi əldə edilib. Təlim proqramının sonunda AzTU-nun 62 müəllimi beynəlxalq “Microsoft Certified Educator (MCE)” imtahandan uğurla keçərək “Microsoft Certified Educator” beynəlxalq sertifikatını əldə edib.


Digər xəbərlər