Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU əməkdaşı Tbilisidə davamlılıq mövzusunda dəyirmi masada iştirak edib

AzTU əməkdaşı Tbilisidə davamlılıq mövzusunda dəyirmi masada iştirak edib

16.03.2024     470     AzTU

Tbilisidə Qazaxıstan-Alman Universitetinin (DKU) “Mərkəzi Asiya və Qafqaz universitetlərində davamlı həyat tərzi” layihəsi çərçivəsində “Universitetlər üçün davamlı həyat tərzi” mövzusunda dəyirma masa təşkil edilib. Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan Texniki Universitetini (AzTU) Davamlı İnkişaf İnstitutunun direktoru Natavan Namazova təmsil edib.

Görüşdə iştirakçılar davamlı həyat tərzi ilə bağlı ən yaxşı beynəlxalq və regional təcrübələrini bölüşüblər. Müzakirələr həmçinin regionda davamlı həyat tərzinin inkişafını təşviq etmək məqsədi daşıyan potensial əməkdaşlıq fəaliyyətləri ətrafında da aparılıb. Məqsəd icma daxilində davamlı həyat təcrübələrinin inkişafına müsbət töhfə vermək idi.

Burada aparılan təcrübə mübadiləsi Qafqaz universitetləri daxilində davamlılığın tətbiqi üçün innovativ strategiyaların tədqiqi üçün əsas platforma rolunu oynayıb.


Digər xəbərlər