Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da LMQS layihəsi çərçivəsində menecment görüşləri keçirilir

AzTU-da LMQS layihəsi çərçivəsində menecment görüşləri keçirilir

14.04.2022     537     Arxiv

 Azərbaycan Texniki Univeristetinin (AzTU) tərəşdaşı olduğu Erasmus+ KA2 proqramı üzrə həyata keçirilən “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti, risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı, peşə magistri hazırlığı” (LMQS) layihəsi çərçivəsində növbəti menecment görüşləri keçirilir. Layihənin beynəlxalq və yerli tərəfdaşlarının iştirak etdiyi görüş AzTU-da təşkil olunub. 

 

Menecment görüşündə Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov, layihənin koordinatoru Qərbi Attika Universitetinin nümayəndəsi, professor Panayotis Yannakopoulos, Avropa Birliyinin eksperti, professor Jean Noel Pachoud, Əl-Fərabi Qazax Milli Universitetinin nümayəndəsi Yerlan Makaşev, Rusiyanın Əlavə Təhsil və Qabaqcıl Tədris Mərkəzinin nümayəndəsi İrina Kartseva, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının prorektoru Novruz Hacıyev və digər şəxslər iştirak edir.

Görüşdə, həmçinin layihə üzrə AzTU işçi qrupunun rəhbəri, beynəlxalq əlaqələr üzrə prorektor Sübhan Namazov və digər məsul şəxslər də iştirak edir.

İştirakçıları salamlayan AzTU-nun beynəlxalq əlaqələr üzrə prorekoru Sübhan Namazov layihənin əhəmiyyətindən və bu istiqamətdə görülən işlərdən danışıb.

Daha sonra Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov Avropa Birliyinin Erasmus+ proqramının layihələri ilə bağlı son qərarları, həmin qərarların layihəyə təsirləri barədə iştirakçıları məlumatlandırıb.

15 aprelə kimi davam edəcək menecment görüşləri zamanı layihənin icra vəziyyəti, qarşıda duran cari məsələlər və çətinliklər, eləcə də gələcəkdə icra olunacaq tapşırıqlar müzakirə olunacaq.


Digər xəbərlər