Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

Zəfər Günündə AzTU Hitit Universiteti ilə əməkdaşlığa başladı

8 Noyabr – Zəfər Günündə Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Hitit Universiteti arasında əməkdaşlıq haqqında memorandum, tələbə mübadiləsi haqqında memorandum və “Erasmus+” mübadilə proqramı haqqında müqavilənin imzalanması mərasimi keçirilib. İmzalanma mərasimində AzTU-nun rektoru Vilayət Vəliyev, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı, Hitit Universitetinin rektoru Ali Osman Öztürk, Çorum Valisi Mustafa Çiftçi, Çorum bələdiyyə sədri Halil İbrahim Aşqın və digər şəxslər iştirak edib. Rektor Vilayət Vəliyev hazırda AzTU ilə Türkiyənin nüfuzlu universitetlərinin əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə inkişafından danışıb. Bildirib ki, Türkiyə universitetləri ilə ikili diplom proqramları, tələbə-müəllim mübadiləsi, universitet-sənaye işbirliyinin inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir. AzTU və Hitit Universitetinin müvafiq ixtisasları ilə bağlı da yeni əməkdaşlıq istiqamətlərinin qurulması üçün mövcud imkanların olduğu vurğulanıb.   Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, AzTU-nun Türkiyə universitetləri ilə həyata keçirdiyi layihələrdə hər zaman yaxından iştirak edir və bu əməkdaşlıq əlaqələri iki qardaş ölkənin təhsil sahəsinin inkişafına mühüm töhfələr verir. Səfir deyib ki, Hitit Universiteti ilə də başladılan yeni əməkdaşlıq əlaqələri hər iki ali məktəbin müvafiq istiqamətlərdə inkişafına səbəb olacaq. Rektor Ali Osman Öztürk Hitit Universiteti haqqında ətraflı məlumat verərək bildirib ki, universitet regionun inkişafı üçün kadr hazırlığını həyata keçirir və sənaye ehtiyaclarını təmin etmək istiqamətində fəaliyyətlər qurur. Universitet sənayenin tələbini ödəməsi ilə bağlı işlərin görülməsi məqsədilə özəl təşəbbüslərin dəstəklənməsi üçün sertifikatlaşdırma və sənaye nümunələrinin hazırlanmasını həyata keçirir. Çorum Valisi Mustafa Çiftçi və Çorum bələdiyyə sədri Halil İbrahim Aşqın çıxışlarında dövlət-universitet-özəl sektor işbirliyinin regional inkişafda əhəmiyyətini qeyd ediblər, Çorum bölgəsində mövcud modelin xüsusiyyətlərini və üstünlüyünü vurğulayıblar. Bu modelin hər iki universitetin inkişafına töhfə verə biləcəyini bildiriblər. Görüşdə AzTU və Hitit Universiteti arasında ikili diplom proqramının həyata keçirilməsi, tələbə-müəllim mübadiləsi, universitet-sənaye işbirliyinin inkişafı və sənaye nümunələrinin hazırlanması ilə bağlı qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması müzakirə olunub. Daha sonra hər iki universitet arasında müvafiq sənədlər imzalanıb.

8 Noyabr – Zəfər Günündə Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Hitit Universiteti arasında əməkdaşlıq haqqında memorandum, tələbə mübadiləsi haqqında memoran ..

2022-11-08
AzTU

AzTU-da 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib.  Tədbirdən əvvəl AzTU-nun rektoru Vilayət Vəliyev torpaqlarımızın ərazi bütövlü uğrunda aparılan müharibələrdə iştirak edib şəhidlik zirvəsinə ucalan tələbə və məzunların ailə üzvləri ilə görüşüb. Qeyd edib ki, 8 Noyabr - Zəfər Gününün iki illiyi ərəfəsində AzTU-nun şəhidlik zirvəsinə ucalan tələbə və məzunlarının adları universitetin auditoriyalarına verilib. Rektor bildirib ki, şəhid tələbə və məzunlarımızın adının əbədiləşdirilməsi, onların qəhrəmanlıqlarının gələcək nəsilləri çatdırılması üçün AzTU-da mütəmadi olaraq yeni layihələr həyata keçiriləcək. Daha sonra universitet rəhbərliyi və şəhid ailələri AzTU-nun Şəhidlər abidəsini ziyarət edib. 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbədən danışıb. Bildirib ki, Vətən müharibəsi Azərbaycanın hərbi gücünü bütün dünyaya nümayiş etdirdi. Bu müharibədə ilk dəfə müasir texnologiyalardan istifadə olunması hələ uzun illər dünyanın hərbi ekspertlərinin araşdırma mövzusuna çevriləcək. 44 günlük Vətən müharibəsi həm də onu göstərdi ki, ölkələrin inkişafı üçün müdafiə sənayesi sahəsinin inkişafı çox vacibdir. Rektor deyib ki, AzTU-nun regionda müdafiə sənayesi sahəsi üzrə kadr hazırlayan yeganə universitet olması onun bu istiqamətdə məsuliyyətini daha da artırır.  Vətən müharibəsində AzTU-nun tələbə və məzunları arasından 35 nəfərin şəhidlik zirvəsinə ucaldığını deyən rektor bildirib ki, şəhidlərimizin əziz xatirəsi hər zaman qəlblərdə yaşayacaq. AzTU-nun tələbə və məzunları arasından 10 nəfərə Milli Qəhrəman adı verildiyini bildirən Vilayət Vəliyev onlardan ikisinin bu ada sağ ikən layiq görüldüyünü deyib. AzTU-nun məzunu, Milli Qəhrəman Zabit Quliyevin universitetin Zəfər Günü tədbirində iştirak etməsinin qürurverici olduğu diqqətə çatdırılıb.  Sonra AzTU-nun Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan tələbə və məzunlarının valideynləri çıxış edib.  44 günlük Vətən müharibəsinin iştirakçısı, AzTU SABAH qruplarının radiotexnika və telekommunikasiya ixtisasının III kurs tələbəsi Əli Məhəmmədov da Zəfər Günü ilə bağlı təbriklərini çatdırıb.  Daha sonra AzTU tələbələrinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.  Tədbirə Vətən müharibəsi iştirakçısı, gənc ifaçı Əvəzxan Əzizovun ifasında "Vətən yaxşıdır" mahnısı ilə yekun vurulub. 

Azərbaycan Texniki Universitetində (AzTU) 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib. Tədbirdən əvvəl AzTU-nun rektoru Vilayət Vəliyev torpaqlarımızın ərazi bütövlü ..

2022-11-06
AzTU

AzTU-nun baş müəllimi beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Mühəndis fizikası və elektronika kafedrasının baş müəllimi Qadir Qafarov “Journal of Inonu University Health Services Vocational School” beynəlxalq jurnalının redaksiya heyətinə üzv seçilib.  Qeyd edək ki, beynəlxalq jurnalının əsas fəaliyyət istiqamətini əczaçılıq, diş xəstəlikləri, idman, insan sağlamlığı, biotibbi fizika və biotibbi tətbiqlər mövzusunda elmi-tədqiqatlar təşkil edir.

Azərbaycan Texniki Universitetinin (AzTU) Mühəndis fizikası və elektronika kafedrasının baş müəllimi Qadir Qafarov “Journal of Inonu University Health Services Vocational School” beynəl ..

2022-11-05
AzTU

AzTU-nun tələbəsi uzunsürən xəstəlikdən sonra vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin 3-cü kurs tələbəsi Emin Cavadzadə uzunsürən xəstəlikdən sonra vəfat edib. AzTU-nun rəhbərliyi və kollektivi Emin Cavadzadənin vəfatından kədərlənir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin 3-cü kurs tələbəsi Emin Cavadzadə uzunsürən xəstəlikdən sonra vəfat edib. AzTU ..

2022-11-05
AzTU

AzTU ilə İstanbul Gedik Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Noyabrın 4-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Türkiyə biznes forumu keçirilib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay biznes forumun açılışında iştirak ediblər. Ə.Əsədov və F.Oktay biznes forumun açılışında çıxış ediblər. Tədbirdə Azərbaycanda və Türkiyədə mövcud olan biznes və investisiya mühiti barədə məlumat verilib, iki ölkə arasında ticari-iqtisadi, nəqliyyat, enerji, sərmayə qoyuluşu, kənd təsərrüfatı, sənaye və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Biznes forum çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) ilə İstanbul Gedik Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi rektorlar Vilayət Vəliyev və Ahmet Kesik imzalayıblar.

Noyabrın 4-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Türkiyə biznes forumu keçirilib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının Vitse-pre ..

2022-11-05
AzTU

AzTU ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumun imzalanması mərasimində XRİTDX-nin rəisi, general-leytenant İlqar Musayev, AzTU-nun rektoru professor Vilayət Vəliyev və hər iki tərəfdən nümayəndələr iştirak ediblər. Rektor AzTU-da görülən işlər, xüsusilə də kibertəhlükəsizliklə bağlı həyata keçirilən yeniliklər barədə məlumat verib. Bildirib ki, dövlətin informasiya təhlükəsizliyinə töhfə vermək məqsədilə AzTU-da Kibertəhlükəsizlik İnstitutu və Kibertəhlükəsizlik kafedrası açılıb. Bu ixtisasda təhsil alan tələbələrin yüksəkixtisaslı kadr kimi yetişmələri üçün AzTU XRİTDX ilə əməkdaşlıq etməkdə maraqlıdır. XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev çıxışında qloballaşan dünyada informasiya təhlükəsizliyinin təmin olunmasının istər milli, istərsə də beynəlxalq səviyyədə prioritet məsələyə çevrildiyini qeyd edib. Bununla yanaşı, XRİTDX tərəfindən dövlət qurumlarını təhlükəsiz internet şəbəkəsi ilə təmin etməklə yanaşı, data mərkəzində 600-dən çox dövlət informasiya ehtiyatı və 30 min dövlət qurumu istifadəçisinə xidmət göstərən elektron poçt xidməti saxlanılmaqla təhlükəsizliyinin təmin olunduğu qeyd edilib. Görülmüş tədbirlər nəticəsində ötən rüb ərzində 159 dövlət informasiya ehtiyatında təhlükəsizlik boşluqlarının aşkarlandığı və qarşısının alınması üçün müvafiq tədbirlərin görüldüyü, dövlət qurumlarının əməkdaşlarını hədəfləyən 732 min zərərverici tərkibli elektron poçt göndərişinin dövlət orqanlarına çatdırılmasının qarşısını alındığı, dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmini məqsədilə AzstateNet dövlət şəbəkəsində üçüncü rüb ərzində 81 milyon zərərli keçid, 873 min zərərverici virus, 83 min virus tərkibli faylın bloklandığı diqqətə çatdırılıb. İlqar Musayev çıxışında bu sahənin inkişafı üzrə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik üzrə 2023–2026-ci illər üçün Azərbaycan Respublikasının Milli Strategiyası” layihəsinin hazırlandığını və cari ilin sonuna kimi təsdiqinin gözlənildiyini vurğulayıb. Xidmət rəisi Strategiyanın Prioritet istiqamətlərdən biri kimi, elmi tədqiqatlar, təhsil və yüksəkixtisaslı kadr təminatının nəzərdə tutulduğunu və bunlarla əlaqədar təhsil müəssisələri, o cümlədən AzTU ilə əməkdaşlığın faydalarından danışıb. Sonra əməkdaşlıq haqqında memorandum imzalanıb.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında əməkdaşlıq haqqında memorandum ..

2022-11-05
AzTU

AzTU-nun Kibertəhlükəsizlik kafedrasının növbəti elmi seminarı keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Kibertəhlükəsizlik kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın əməkdaşı Eldagiz Zamanlı “Simurq alqoritmi” haqqında məruzə ilə çıxış edib. O, alqoritmin çoxtərəfli kriptoqrafik hesablamalar əsasında onlayn lotereya tipli müsabiqələrin keçirilməsi üçün nəzərdə tutulduğunu, ölkəmizdə praktiki tətbiq sahələrinə istinad etməklə məsələnin aktuallığını qeyd edib və alqoritmin addımlarını diqqətə çatdırıb. Məruzəçi ənənəvi üsullarla onlayn keçirilən lotereya proseslərində iştirakçı səviyyəsində şəffaflığın və hesabatlılığın mümkünsüzlüyünü vurğulayıb, təklif edilən alqoritmlə bu problemin həlli yolunu göstərib. Simurq alqoritmi vasitəsilə lotereya mükafatçılarının seçimi prosesində bütün lotereya iştirakçılarının rol oynadığını və onların nəticələrə birbaşa təsir etdiyini qeyd edib. Bildirib ki, hər bir iştirakçı nəticələr elan edildikdən sonra nəticələrə etdiyi təsiri müşahidə edə və nəticələrin  təsadüfiliyinə əmin ola biləcək. Bununa da lotereya təşkilatçısı və iştirakçıları arasındakı etimadsızlıq problemi həll olunur.  Seminarın sonunda Eldagiz Zamanlı sualları cavablandırıb. Məruzəçiyə bu istiqamətdə tədqiqatın genişləndirilməsi, alqoritmi reallaşdırmaq üçün müvafiq proqram təminatı platformasının təkmilləşdirilməsi tövsiyə edilib.     

Azərbaycan Texniki Universitetinin (AzTU) Kibertəhlükəsizlik kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın əməkdaşı Eldagiz Zamanlı “Simurq alqoritmi” haqqın ..

2022-11-02
AzTU

AzTU-nun Azad Həmkarlar İttifaqı Komitəsinin büro üzvləri II Fəxri xiyabanı ziyarət ediblər

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Texniki Universitetinin (AzTU) Azad Həmkarlar İttifaqı Komitəsinin büro üzvləri II Fəxri xiyabanı ziyarət ediblər. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.   

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Texniki Universitetinin (AzTU) Azad Həmkarlar İttifaqı Komitəsinin büro üzvləri II Fəxri xiyabanı ziyarət ediblər. Torpaqlarımı ..

2022-11-02
AzTU

AzTU-da “44 Günlük Dastan” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib

  “44 Günlük Dastan” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş Azərbaycan Texniki Universitetində (AzTU) keçirilib. Qəhrəman qazi və döyüşçülərimizin tələbələr arasında tanıdılması məqsədilə keçirilən görüşdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə AzTU-nun Tələbə Gənclər Təşkilatının (TGT) sədri Eyvəz Məhəmmədli, Böyük Qayıdış Gənclər Təşkilatının İdarə Heyətinin üzvü, Aprel döyüşləri qazisi Əhliyət Mehdiyev çıxış ediblər.Daha sonra tədbirin qonağı olan Vətən müharibəsi qaziləri Fətulla Nəsirov, Həsən Yaqubov, Cümşüd Zeynalov və Elnur Abbasov keçdikləri döyüş yolu ilə bağlı xatirələrini gənclərlə bölüşüblər. Panel görüşdən sonra qazilər tələbələrin suallarını cavablandırıblar.

“44 Günlük Dastan” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş Azərbaycan Texniki Universitetində (AzTU) keçirilib. Qəhrəman qazi və döyüşçülərimizin tələbələ ..

2022-11-02
AzTU

AzTU-da “İT sahəsində ilk addımlar” adlı seminar keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH qruplarının nəzdində yaradılmış “IT Woman Club”la “IT Brains Academy”nin birgə əməkdaşlığı çərçivəsində tələbə qızlar üçün  “İT sahəsində ilk addımlar” adlı seminar keçirilib. Seminarda AzTU ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri də iştirak edib. Tədbirdə çıxış edən AzTU SABAH Mərkəzinin rəhbəri Aytən Sadıqova bu təşəbbüsün tələbə qızlar üçün faydasından danışıb.   Daha sonra “IT Brains Academy”nin rəhbəri Orxan Məmmədov çıxış edib. Bildirib ki, İT sahəsinə marağı olan, bu istiqamətdə bacarıqlarını daha da inkişaf etdirmək istəyən tələbə qızlar üçün “IT Club” təşkil olunacaq. Seminar sual-cavab formatında davam etdirilib.

Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH qruplarının nəzdində yaradılmış “IT Woman Club”la “IT Brains Academy”nin birgə əməkdaşlığı çərçivəsində tələbə qızlar ü ..

2022-11-01