Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU-nun məzunu Teymur Qaraisayevin “Qaraheybət” aviasiya poliqonunda şəhid olmasından bir il ötür

2021-ci il noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramasından bir il ötür. Qəza nəticəsində 14 hərbi qulluqçu şəhid olub, 2 nəfər yaralanıb. Şəhid olan hərbi qulluqçular arasında Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, kapitan Teymur Qaraisayev də olub.   Qeyd edək ki, Teymur Qaraisayev 1983-cü ildə anadan olub. 2000-2004-cü illərdə AzTU-nun Maşınqayırma və robototexnika fakültəsində təhsil alıb.   Prezident İlham Əliyevin sərəncamına əsasən, kapitan Teymur Qaraisayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!      

2021-ci il noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçu ..

2022-11-30
AzTU

“Azərbaycanda kiber ekosistemin formalaşması” mövzusunda elmi-praktik konfrans keçirilir

Azərbaycan Texniki Universiteti (AzTU) və Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycanda kiber ekosistemin formalaşması” mövzusunda elmi-praktik konfrans keçirilir. Konfrans “30 noyabr - Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü”nə həsr olunan “İnformasiya təhlükəsizliyi günləri” çərçivəsində təşkil olunub. Onlayn formatda təşkil edilən konfransda hər üç universitetin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər. Konfransın açılışında çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev, MDU-nun rektoru Şahin Bayramov və Qazi Universitetinin prorektoru Ramazan Bayındır universitetlər arasında əməkdaşlığın uğurla davam etdirilməsindən məmnun olduqlarını bildiriblər. Qeyd olunub ki, tərəfdaş universitetlərin kibertəhlükəsizliklə bağlı elmi tədbirdə növbəti dəfə bir araya gəlməsi və səylərini birləşdirməsi bu sahənin inkişafında əhəmiyyətli irəliləyişlərin əldə olunacağına əminlik yaradır. Sonra MDU-nun Mühəndislik fakültəsinin dekan əvəzi dosent Almaz Əliyevanın moderatorluğu ilə konfransın məruzələri dinlənilib. İlk konfrans günündə Qazi Universitetindən professor Ayhan Erdem “Kibertəhlükəsizliyin əhəmiyyəti”, professor Ercan Yılmaz “Nüfuzetmə testləri”, AzTU-nun dosenti Yadigar İmamverdiyev “Sənaye idarəetmə sistemlərinin informasiya təhlükəsizliyi”, İstanbul Gelişim Universitetinin əməkdaşı, GPEN serifikatlı mütəxəssis Serkan Gönen “Kibertəhlükəsizlik üzrə maarifləndirmə”, Rəcəb Tayyib Ərdoğan Universitetinin əməkdaşı Mehmet Sevri “Tətbiq olunan Web təhlükəsizliyi”, MDU əməkdaşı Elçin Tağıyev “Beşinci sənaye inqilabı: rəqəmsal texnologiyalar və süni intellekt”, “TIM Group” şirkətlər qrupunun təsisçisi, ORACLE sertifikatlı mütəxəssis Teymur Hacıyev “DATA sızması: təhdidlər və təhlükələr” mövzusunda məruzlərlə çıxış ediblər. Daha sonra məruzələr ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.  

Azərbaycan Texniki Universiteti (AzTU) və Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycanda kiber ekosistemin formala ..

2022-11-30
AzTU

TİKA koordinatoru Dünya Robot Olimpiadasının qalibləri ilə görüşüb

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Fatih Yılmaz Azərbaycan Texniki Univerisitetinin (AzTU) “Cezeri Lab” laboratoriyasında Dünya Robot Olimpiadasında üçüncü yerə layiq görülən AzTU tələbərindən təşkil olunmuş "Platon Tech" komandasının üzvləri ilə görüşüb. Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev, universitetin əməkdaşları və tələbələr iştirak edib. Əvvəlcə komandanın “Cezeri Lab”da Dünya Robot Olimpiadasına hazırlıq prosesini əks etdirən videoçarx nümayiş olunub. TİKA Bakı nümayəndəliyinin koordinatoru Fatih Yılmazı salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, komandanın Dünya Robot Olimpiadasına hazırlıq prosesi “Cezeri Lab”da həyata keçirilib. AzTU və TİKA-nın əməkdaşlığı nəticəsində yaradılan “Cezeri Lab”da tələbələrin beynəlxalq müsabiqələrə hazırlaşmaları üçün yaxşı imkanlar var. Rektor tələbələrin beynəlxalq yarışlara hazırlaşmaları üçün onlara lazımi şəraitin bundan sonra da yaradılacağını bildirib. Vilayət Vəliyev deyib ki, tələbələrin laboratoriyanın imkanlarından daha rahat istifadə etmələri üçün yaxın vaxtlarda “Cezeri Lab”ın ərazisinin genişləndirilməsi nəzərdə tutulur.TİKA Bakı nümayəndəliyinin koordinatoru Fatih Yılmaz Azərbaycanı layiqincə təmsil etdikləri üçün "Platon Tech"in üzvlərini təbrik edib. Bildirib ki, son illər AzTU-da görülən işlər və həyata keçirilən yeniliklər öz nəticəsini verməkdədir. Tələbələrin beynəlxalq yarışlarında uğurlu nəticə göstərmələri bunun sübutudur. “Platon Tech” komandasının üzvləri AzTU SABAH qruplarının informasiya texnologiyaları ixtisasının tələbələri Rüfət Şixiyev, Qabil Hüseynli və ADNSU-nun tələbəsi Fərid Şixiyev komandanın hazırladığı prototip haqqında məlumat veriblər. Onlar ideyanın yaranma səbəbi və fərqli xüsusiyyətlərindən danışıblar. Komandanın üzvləri onlara yaradılan şəraitə görə AzTU-nun rəhbərliyinə təşəkkür ediblər. Daha sonra AzTU-nun rəqəmsallaşma və layihələr üzrə prorektoru Rəşad Əliyev "Cezeri Lab"ın imkanlarının səmərəli istifadəsindən və burada uğur qazanan tələbələrin fəaliyyətlərindən danışıb.  Görüşün sonunda layihənin ərsəyə gəlməsində dəstəklərinə görə laboratoriyada aktiv fəaliyyət göstərən AzTU tələbələri Mirsahib Ağazadə və Ömər Ələsgərov fəxri fərmanla təltif edilib. Xatırladaq ki, 76 ölkədən 2000-dən çox iştirakçının qatıldığı Dünya Robot Olimpiadasında həmyerlilərimiz "Future Innovators Senior" nominasiyası üzrə dünya üçüncüsü olublar.  

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Fatih Yılmaz Azərbaycan Texniki Univerisitetinin (AzTU) “Cezeri Lab” laboratoriyasında Dünya R ..

2022-11-30
AzTU

AzTU-da qurulan “Nar” GSM laboratoriyası yeni avadanlıqlarla təchiz edilib - VİDEO

Azərbaycanda İT ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanması məqsədilə Azərbaycan Texniki Universitetində (AzTU) təsis edilmiş “Nar” GSM laboratoriyası yeni avadanlıqlarla təchiz edilib.  Yeniliklərlə tanış olmaq məqsədilə “Nar” rəhbərliyi universitetin rəhbər heyətilə birgə laboratoriyanı ziyarət edib və faydalı əməkdaşlığı daha da genişləndirmək barədə müzakirələr aparıb. Müxtəlif mobil rabitə cihazları ilə təchiz edilmiş laboratoriyada tələbələr sərbəst şəkildə lokal mobil şəbəkə yaradaraq telekommunikasiyanı təcrübədə öyrənirlər.  “Azerfon” MMC-nin (“Nar” ticarət nişanı) Baş icraçı direktoru Qunnar Panke AzTU tələbələrinə verdiyi dəyərə görə rektor Vilayət Vəliyevə təşəkkür edib. ““Nar” olaraq mobil rabitə sahəsində sahib olduğumuz bilikləri texniki ixtisaslar üzrə təhsil alan tələbələrlə paylaşaraq onların peşəkar mobil rabitə mütəxəssisləri kimi yetişməsini qarşımıza hədəf qoymuşuq. Bu mənada universitetinizdə həyata keçirdiyimiz layihələr ümumilikdə Azərbaycanın rabitə bazarı üçün əhəmiyyət kəsb edir” – deyə Qunnar Panke bildirib.  Göstərdiyi dəstəyə görə mobil operatora minnətdarlığını bildirən AzTU-nun rektoru Vilayət Vəliyev “Nar” GSM laboratoriyasının universitet üçün əhəmiyyətini vurğulayıb: “Laboratoriyadakı cihazlarla işləyən tələbələr öz nəzəri biliklərini təcrübədə öyrənmək imkanı əldə edir. Laboratoriyada qazandıqları təcrübi biliklər yaxın gələcəkdə tələbələrin karyerasında mühüm rol oynayacaq və onlar universitetimizdən məzun olduqdan sonra qısa müddət ərzində rabitə sahəsinin peşəkarları olacaqlar.” Qeyd edək ki, “Nar” GSM laboratoriyası 2013-cü ildə “Nar” və AzTU arasında imzalanmış memorandum əsasında fəaliyyət göstərir.  

Azərbaycanda İT ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanması məqsədilə Azərbaycan Texniki Universitetində (AzTU) təsis edilmiş “Nar” GSM laboratoriy ..

2022-11-30
AzTU

Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunan turnir yekunlaşıb

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və İdman klubunun birgə təşkilatçılığı ilə Milli Qəhrəman, AzTU-nun məzunu Çingiz Qurbanovun xatirəsinə həsr olunan voleybol və şahmat turniri keçirilib. Turnirdə AzTU-nun bütün fakültələrindən tələbələr iştirak edib. Turnirin yekununda qaliblər AzTU THİK və İdman klubunun mükafatlarına layiq görülüb.  

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və İdman klubunun birgə təşkilatçılığı ilə Milli Qəhrəman, AzTU-nun məzunu Çingiz Qurbano ..

2022-11-29
AzTU

AzTU-nun dosentinin həmmüəllifi olduğu dərslik ingilis dilində nəşr edilib

Azərbaycan Texniki Universitetinin (AzTU) dosenti,  Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi Xəyaləddin Tağıyev və Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun rəhbəri, “Bank of Baku“ ASC-nin Ödəniş sistemləri departamentinin direktor müavini Tamerlan Rüstəmovun həmmüəllifi olduğu “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərslik ingilis dilində nəşr edilib. Rəqəmsal ödəniş ekosistemi haqqında nəzəri və praktik bilikləri əks etdirən dərslik Mərkəzi Bankın tərcüməçisi Kəmalə Rüstəmova tərəfindən bu sahənin spesifik terminləri nəzərə alınmaqla ingilis dilinə tərcümə edilib. Dərsliyin ingilis dilində nəşri ölkəmizdə formalaşmış rəqəmsal ödəniş ekosistemi və onun xüsusiyyətləri, həyata keçirilən islahatlar və inkişaf tarixi, tətbiq edilən innovativ ödəniş həll və texnologiyaları haqqında təhsil müəssisələri ilə yanaşı, yerli və beynəlxalq maliyyə institutları üçün etibarlı və zəruri olan məlumatın əldə edilməsinə, həmçinin müvafiq biliklərə yiyələnməyə imkan verəcək. Dərslik ABA, AMFA, “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı və fintex ekosistemində təmsil olunan qabaqcıl maliyyə institutlarının dəstəyi əsasında nəşr edilib.     

Azərbaycan Texniki Universitetinin (AzTU) dosenti, Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi Xəyaləddin Tağıy ..

2022-11-28
AzTU

AzTU-nun rektoru FHN Akademiyasının rəisi ilə görüşüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının rəisi general-mayor Baba Salayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib. Səfər çərçivəsində qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Rektor Vilayət Vəliyev AzTU-da görülən işlər və həyata keçirilən yeniliklər barədə məlumat verib. Bildirib ki, AzTU FHN Akademiyası ilə müvafiq sahələrdə birgə layihələrin həyata keçirilməsi, elmi-tədqiat işlərinin yerinə yetirilməsi və digər istiqamətlərdə əməkdaşlıq edə bilər. AzTU-ya səfər etməkdən məmnunluğunu ifadə edən general-mayor Baba Salayev FHN Akademiyasında görülən işlər barədə məlumat verib. Qeyd olunan təkliflərlə bağlı fikirlərini ifadə edən akademiya rəisi bu təkliflərin birgə icrasının mümkünlüyünü bildirib. Bunun üçün hər iki tərəfdən İşçi Qrupunun yaradılmasını məqsədəuyğun hesab edib. Görüş zamanı hər iki ali məktəb arasında müvafiq sahələr üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi ilə bağlı da müzakirələr aparılıb.  

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının rəisi general-mayor Baba Salayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib. Səfər ç ..

2022-11-28
AzTU

AzTU-nun tələbəsi, Vətən müharibəsi şəhidi Tural Xudiyevin doğum günüdür

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Tural Xudiyev 27 noyabr 1998-ci ildə anadan olub.  2005-2016-cı illərdə Xətai rayonunda 138 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-cı ildə AzTU-nun Nəqliyyat və logistika fakültəsinə qəbul olunub. 2018-ci ildə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb.  Hərbi xidmətinin bitməsinə dörd gün qalmış Vətən müharibəsi başlayıb və Tural Xudiyev könüllü olaraq müharibədə iştirak edib.  Tural Xudiyev noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!  

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Tural Xudiyev 27 noyabr 1998-ci ildə anadan olub. 2005-2016-cı illərdə Xətai ..

2022-11-27
AzTU

“Ali təhsildə dəyişikliklər: yeni tendensiya və tətbiqlər” mövzusunda seminar

Noyabrın 25-də Türkiyənin TED Universitetinin rektoru İhsan Sabuncuoğlunun “Ali təhsildə dəyişikliklər: yeni tendensiya və tətbiqlər” mövzusunda seminarı keçirilib. Seminar Təhsilin İnkişafı Fondunun təşəbbüsü, Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilati dəstəyi ilə baş tutub. AzTU-nun rektoru Vilayət Vəliyev qonaqları salamlayaraq seminar çərçivəsində “Universitet-sənaye əməkdaşlığı”, “Müəllim-tələbə münasibətləri”, “Tədrisin keyfiyyəti və tədqiqatların sənayeyə tətbiqi”, eləcə də “Gələcəyin universitetləri necə olacaq?” mövzularına toxunulacağından bəhs edib. Daha sonra Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun əsas məqsəd və fəaliyyət istiqamətləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Seminar İhsan Sabuncuoğlunun təqdimatı əsasında davam etdirilib.Təqdimatın birinci hissəsində rektor “Ali təhsildə qlobal trendlər və tətbiqlər” mövzusunda çıxış edib. İkinci hissədə isə “Azərbaycanda ali təhsil və universitet-sənaye əməkdaşlığı” adlı tədqiqat mövzusundan danışılıb.Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və interaktiv müzakirələr aparılıb.

Noyabrın 25-də Türkiyənin TED Universitetinin rektoru İhsan Sabuncuoğlunun “Ali təhsildə dəyişikliklər: yeni tendensiya və tətbiqlər” mövzusunda seminarı keçirilib. Seminar Təhs ..

2022-11-25
AzTU

AzTU-nun tələbəsi Avropa çempionu olub

Azərbaycan Texniki Universitetinin (AzTU) birinci kurs tələbəsi Raul Qasımzadə Yunanıstanın Afina şəhərində keçirilən uşu-kunq fu üzrə Avropa çempionatınının yeniyetmələr arasında sanda yarışlarında 56 kq çəki dərəcəsində ölkəmizi təmsil edib. O, bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb və Avropa çempionu adını qazanıb. Qeyd edək ki, Raul Qasımzadə AzTU-nun Energetika və avtomatika fakültəsinin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alır. AzTU-nun rektoru Vilayət Vəliyev Raul Qasımzadəni qəbul edib və onu qazandığı qələbə münasibətilə təbrik edib. Gələcək yarışlarda Raul Qasımzadəyə uğurlar arzu edən rektor onu fəxri fərmanla təltif edib. Raul Qasımzadə göstərdiyi diqqətə görə rektora təşəkkür edib. Xatırladaq ki, uşu-kunq fu üzrə Avropa çempionatında Azərbaycan komandası 12 qızıl medal qazanıb.  

Azərbaycan Texniki Universitetinin (AzTU) birinci kurs tələbəsi Raul Qasımzadə Yunanıstanın Afina şəhərində keçirilən uşu-kunq fu üzrə Avropa çempionatınının yeniyetmələr arası ..

2022-11-25