Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU-da təkrar ali təhsil almaq üçün sənəd qəbulunun vaxtı uzadıldı

Azərbaycan Texniki Universitetində (AzTU) 2022/2023-cü tədris ili üzrə (əyani və qiyabi) ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulunun vaxtı sentyabrın 1-dək uzadıldı. Qəbul yalnız elektron qaydada həyata keçirilir. Təkrar ali təhsil almaq istəyənlər http://tekrar-alitehsil.aztu.edu.az:9594/ linkinə daxil olub qeydiyyatdan keçərək aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər: · rektorun adına ərizə; · ali təhsil haqqında sənədin (diplomun və əlavəsinin) notarial təsdiqi; · 3x4 sm ölçüdə fotoşəkil; · şəxsiyyət vəsiqəsinin surəti. Qeyd: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslərin diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər. Sənəd qəbulu üçün son tarix:  01.09. 2022. IXTISASLAR Əlavə məlumat  üçün: Telefon: (050) 261-38-16   (012) 539-12-65 E-poçt: [email protected]

Azərbaycan Texniki Universitetində (AzTU) 2022/2023-cü tədris ili üzrə (əyani və qiyabi) ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulunun vaxtı sentyabrın 1-dək u ..

2022-07-29
AzTU

AzTU-nun tələbəsi, şəhid Cəmil Məmmədlinin doğum günüdür

                  28 iyul Azərbaycan Texniki Universitetinin (AzTU) Vətən müharibəsində şəhid olan tələbəsi Məmmədli Cəmil Habil oğlunun doğum günüdür. AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsinin tələbəsi, şəhid Cəmil Məmmədli 1999-cu ilin bu günü İsmayıllı rayonunda anadan olub. 2016-2020-ci illərdə AzTU-da təhsil alıb. Təhsil aldığı dövrdə universitetin ictimai həyatında fəallığı ilə seçilib. Müəllim və tələbə yoldaşlarının yaddaşında vətənpərvər bir insan kimi qalan Cəmil Məmmədli 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayan zaman könüllü olaraq ön cəbhəyə yollanıb. Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən Cəmil Məmmədli oktyabr ayının 14-dən 15-ə keçən gecə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin sərəncamları ilə Cəmil Məmmədli ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”,  “Füzulinin azad olunmasına görə" və “Cəsur döyüşçü”  medalları ilə təltif edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

28 iyul Azərbaycan Texniki Universitetinin (AzTU) Vətən müharibəsində şəhid olan tələbəsi Məmmədli Cəmil Habil oğlunun doğum günüdür. AzTU-nun Metallurgiya və materialşünaslıq ..

2022-07-28
AzTU

AzTU-nun prorektoru Kütahya Dumlupınar Universitetində səfərdədir

Azərbaycan Texniki Univesitetinin (AzTU) elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov “Erasmus+” KA1 proqramı çərçivəsində Kütahya Dumlupınar Universitetində səfərdədir. Səfər çərçivəsində Sübhan Namazov Kütahya Dumlupınar Universitetinin rektoru, professor Kazım Uysal, prorektor, professor Hasan Köçməzlə görüşüb. Görüşlərdə faydalı əməkdaşlıq üçün birgə layihə və tədqiqatların yerinə yetirilməsi, müəllim, magistrant və doktorantların təcrübə mübadiləsində iştirakı ilə bağlı müzakirələr aparılıb. Həmçinin birgə beynəlxalq layihələrdə iştirak üçün ciddi imkanların olduğu vurğulanıb. Bundan başqa, metallurgiya, materiallar texnologiyası, mədən mühəndisliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, birgə araşdırmaların aparılması üçün kifayət qədər imkanların olduğu müəyyən edilib. Səfər çərçivəsində Mühəndislik fakültəsinin dekanı, professor Cengiz Karagüzel, Metallurgiya və materiallar texnologiyası kafedrasının müdiri, professor Güray Kaya və kafedranın əməkdaşları ilə görüşlər keçirilib. Sübhan Namazov Dumlupınar Universitetinin İrəli Texnologiyalar Mərkəzində (İLTEM) qurulmuş müasir laboratoriyalarla tanış olub, mərkəzin rəhbəri, professor Mustafa Tuncerlə birgə layihələrin yazılması ilə bağlı fikir mübadiləsi aparıb. AzTU prorektorunun Kütahya Dumlupınar Universitetinə səfəri davam edir.   

Azərbaycan Texniki Univesitetinin (AzTU) elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov “Erasmus+” KA1 proqramı çərçivəsində Kütahya Dumlupınar Universitetində səfərdədir. ..

2022-07-27
AzTU

“Fəlsəfə” fənnindən doktoranturaya qəbul imtahanı keçiriləcək

Azərbaycan Texniki Universitetinin doktorantura səviyyəsinə “Fəlsəfə” fənnindən qəbul imtahanı keçiriləcək. İmtahan 1, 2 və 5 sentyabr tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təşkil olunacaq. PROQRAMFƏLSƏFƏ SUALLAR- azFƏLSƏFƏ SUALLAR - rus

Azərbaycan Texniki Universitetinin doktorantura səviyyəsinə “Fəlsəfə” fənnindən qəbul imtahanı keçiriləcək. İmtahan 1, 2 və 5 sentyabr tarixlərində Azərbaycan Dövlət Neft və ..

2022-07-27
AzTU

Elmlər doktoru proqramı üzrə hazırlığa sənədlərin qəbulu davam edir

Azərbaycan Texniki Universitetinə (AzTU) elmlər doktoru proqramı üzrə hazırlığa sənədlərin qəbulu davam edirQəbul 31.08.2022-ci il, saat 23:59-dək portal.edu.az və atis.edu.az sistemləri üzrə davam edəcək.Həmin tarixədək müraciət edən fəlsəfə doktoru elmi dərəcəsi olan iddiaçıların göstərilən linklər üzərindən qeydiyyatı aparılacaq.

Azərbaycan Texniki Universitetinə (AzTU) elmlər doktoru proqramı üzrə hazırlığa sənədlərin qəbulu davam edirQəbul 31.08.2022-ci il, saat 23:59-dək portal.edu.az və atis.edu.az sis ..

2022-07-26
AzTU

AzTU-nun rektoru Türkiyədə ikili diplom müqaviləsi imzaladı

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir. Səfərin ilk günü Gazi Universitetinin rektoru, professor Musa Yıldız və universitetin professor-müəllim heyəti ilə görüş keçirilib. Görüşdə elektrik-elektronika mühəndisliyi ixtisası üzrə ikili diplom müqaviləsi və digər sənədlər imzalanıb. İmzalanmadan sonra hər iki universitet arasında mövcud olan müəllim və tələbə mübadiləsinin davam etdirilməsinin, müdafiə sənayesi sahəsi də daxil olmaqla bir sıra istiqamətlərdə təhsil, tədqiqat və universitet-sənaye əməkdaşlığının təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb. Həmçinin qeyd olunan istiqamətlər üzrə universitetlərin mövcud potensial və resurslarından səmərəli istifadə edilməsi qərara alınıb.Səfər çərçivəsində AzTU nümayəndə heyəti Orta Doğu Texniki Universitetində də görüş keçirib. Rektor, professor Mustafa Verşan Köklə keçirilən görüşdə universitetlərin rəqəmsal transformasiyasının inkişaf etdirilməsi, hər iki ali məktəbin profilinə uyğun birgə tədqiqat layihələrinin yerinə yetirilməsi, xarici dil üzrə müəllim hazırlığı və tələbə mübadiləsi ilə bağlı müzakirələr aparılıb. Görüşdən sonra AzTU ilə Orta Doğu Texniki Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.Qeyd edək ki, AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyətində rəqəmsallaşma və layihələr üzrə prorektor Rəşad Əliyev, Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova və AzTU-nun rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının koordinatoru, universitetin İctimai şurasının sədri Osman Gündüz iştirak edir. Nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.         

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir. Səfərin ilk günü Gazi Universitetinin rektoru, ..

2022-07-26
AzTU

AzTU-da “SABAH Magistratura” proqramının Logistika və nəqliyyat ixtisaslaşması çərçivəsində müəllimlərin işə qəbulu aparılır

  Azərbaycan Texniki Universitetində (AzTU) “SABAH Magistratura” proqramının Logistika və nəqliyyat ixtisaslaşması çərçivəsində 2022/2023-cü tədris ilinin payız və yaz semestrləri üzrə müəllimlərin işə qəbuluna başlanılıb. Müvafiq sahədə təcrübəsi olan müəllimlərin qəbulu aşağıdakı fənlər istiqamətində aparılır: Payız semestri: ·  Xarici dil – I (məşğələ - 45 saat) ·   “Python”da proqramlaşdırma (mühazirə - 30 saat, məşğələ - 15 saat) ·  Əməliyyatların tədqiqi (mühazirə - 30 saat, məşğələ - 15 saat) ·  Təchizat zəncirlərinin idarə olunmasına giriş (mühazirə - 30 saat) ·  Statistika (mühazirə - 30 saat, məşğələ - 15 saat) ·   Logistika sistemlərində və təchizat zəncirlərində simulyasiyalar (mühazirə -    15 saat, məşğələ - 15 saat, laboratoriya - 15 saat) ·  Əməliyyatların idarə olunması (mühazirə - 30 saat, məşğələ - 15 saat) ·  Satınalma və gömrük (mühazirə - 30 saat, məşğələ - 15 saat) ·   Risklərin idarə olunması (mühazirə - 30 saat, məşğələ - 15 saat) ·  Təchizat zənciri idarəçiləri üçün maliyyə (mühazirə - 30 saat, məşğələ - 15 saat)  Yaz semestri: ·  Xarici dil – II (məşğələ - 45 saat) ·  Anbar ehtiyatlarının idarə olunması (mühazirə - 30 saat, məşğələ - 15 saat) ·  Akademik yazı və tədqiqat üsulları (mühazirə - 30 saat) ·   Nəqliyyat prosesi və nəqliyyat növləri (mühazirə - 30 saat) ·   Logistika sistemlərində riyazi modelləşdirmə (mühazirə - 30 saat, məşğələ - 15 saat) ·   Logistika sistemlərində proqram təminatları (mühazirə - 30 saat, məşğələ - 15 saat) Namizədlərə əsas tələblər aşağıdakılardır: ·  Logistika və nəqliyyat, nəqliyyatda daşımaların təşkili, nəqliyyat texnologiyaları, iqtisadiyyat, statistika, biznesin idarə olunması, maliyyə, mühəndislik, informasiya və kommunikasiya texnologiyaları sahələrində ən azı magistr dərəcəsinin olması; ·   Ən azı 1 illik pedaqoji təcrübənin olması; ·  Axşam saatlarında (18:30-21:30 aralığı) tədris aparmaq imkanının olması; QEYD: Xaricdə təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini təqdim etməlidirlər. Maraqlanan şəxslər CV, diplomun surəti və iddia etdikləri fənn yaxud fənlər üzrə yuxarıda təqdim olunan nümunəyə uyğun sillabus hazırlayıb 17 avqust 2022-ci il saat 17:00-dək [email protected], [email protected]  və  [email protected] elektron ünvanlarına göndərə bilərlər. Namizədlər iddia etdikləri fənn yaxud fənlərin adları barədə məktubda məlumat verməlidir.    

Azərbaycan Texniki Universitetində (AzTU) “SABAH Magistratura” proqramının Logistika və nəqliyyat ixtisaslaşması çərçivəsində 2022/2023-cü tədris ilinin payız və yaz semestrləri ..

2022-07-25
AzTU

“Azərbaycan Sənaye Korporasiyası" ASC-də sənaye sahələri üçün kadr hazırlığı müzakirə olunub

"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadə, "Azəralüminium" MMC-nin direktoru Maksim Cavadov, Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru  Vilayət Vəliyev və Almaniyanın "Achenbach Buschhütten" şirkətinin icraçı direktoru Rolf Vilbers arasında görüş keçirilib. Görüşdə sənaye sahəsində gənc, istedadlı kadrların hazırlaması, onların işlə təmin olunması, müştərək layihələrin icrası istiqamətində əməkdaşlıqların qurulması, tələbələr arasında könüllülük fəaliyyətinin təşviqi kimi məsələlər ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb. Qeyd olunub ki, ixtisaslı və peşəkar kadrların hazırlanması müasir texnologiyaları, nou-hauları özündə cəmləşdirən yeni layihələrin gələcək icrasında, innovativ təşəbbüslərin reallaşdırılmasında böyük əhəmiyyətə malikdir. Yalnız alüminium sənayesinin inkişafı deyil, eyni zamanda istehsalatın elmə istiqamətlənməsi baxımından önəm kəsb edən görüşdə tələbələrin nəzəri biliklərdən əlavə həm də təcrübə qazanması, onların inkişafı və gələcək perspektivləri ilə bağlı təkliflər də müzakirə olunub. 

"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadə, "Azəralüminium" MMC-nin direktoru Maksim Cavadov, Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru  Vilayət Vəli ..

2022-07-22
AzTU

Professor-müəllim heyəti və tədqiqatçılar üçün təqaüd proqramı elan edilir

Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları İdarəsi (YTB) tərəfindən 2022/2023-cü illər üzrə professor-müəllim heyəti və tədqiqatçılar üçün Türk Dili Təqaüd Proqramı (KATİP) elan edilir. Təqaüd proqramında iştirak etmək istəyən və aşağıda qeyd edilən meyarlara uyğun olan namizədlər 26.07.2022-ci il tarixinədək AzTU-nun Təqdiqat və inkişaf şöbəsinə müraciət edə bilərlər.Məlumat üçün əlaqə: Tel: (012) 599-11-55 (daxili nömrə: 5267)E-poçt: [email protected]əqaüd haqqında ətraflı məlumat və qaydalar

Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları İdarəsi (YTB) tərəfindən 2022/2023-cü illər üzrə professor-müəllim heyəti və tədqiqatçılar üçün ..

2022-07-22
AzTU

AzTU-da MBA proqramı çərçivəsində müəllimlərin işə qəbulu aparılır

Azərbaycan Texniki Universitetində (AzTU) MBA proqramı çərçivəsində 2022/2023-cü tədris ilinin payız və yaz semestrləri üzrə müəllimlərin işə qəbuluna başlanılıb. Azərbaycan və ingilis bölməsi üçün müvafiq sahədə təcrübəsi olan müəllimlərin qəbulu aşağıdakı fənlər istiqamətində aparılır: Payız semestri: · Liderlik və təşkilati davranış · Menecment iqtisadiyyatı · Strateji risk çərçivələri · Risk, korporativ maliyyə və qiymətləndirmə · Biznes və iqtisadiyyat üçün statistika · Risklərin idarə edilməsinin əsasları · Maliyyə uçotu (FA-F3) · Relyasiya verilənlər bazalarını idarəetmə sistemləri · Biznes analitikasına giriş · Müasir təchizat zəncirinin idarə edilməsi -1 · Təchizat zəncirinin idarə edilməsində informasiya texnologiyalarının imkanlarından istifadə · Kibertəhlükəsizliyə giriş · Təhlükəsizlikdə liderlik və riskin idarəedilməsi · Şəbəkə və kommunikasiya təhlükəsizliyi · İdentifikasiyanın idarə edilməsi və girişə nəzarət · Tənzimləyici və qiymətləndirmə riskləri, müəssisə riskləri və korporativ idarəetmə · Korparativ cətinliklər, müflisləsmə ve yenidənqurma · İdarəetmə uçotu (MA – F2) · Biznesin davamlılığı riskləri və sığorta · SƏTƏM-in əsasları · Biznes hüququ (BL-F4) · Biznesin transformasiya və layihənin idarə edilməsi · Yeni texnologiyalar üzrə performans göstəricilərinin tətbiq edilməsi · İnsan resurslarının idarə edilməsi · İnnovasiya risklərinin idarə edilməsi · Beynəlxalq biznes etikası və korporativ idarəetmə · Beynəlxalq marketinq · Marketinq xidmətləri · İnsan resurslarının idarə edilməsi · Sahibkarlıq fəaliyyətinin  təşkili · Layihələrin idarə edilməsi · Beynəlxalq biznes etikası və korporativ idarəetmə · İdxal və  ixracın idarə edilməsi · Qlobal mühitdə biznes · Tədqiqat metodları · Kriptovalyuta və kiber risklər · Python ilə data analitikası · Maliyyə analitikasi · Marketinq və satış analitikasi · Təchizat zəncirinin analitikası · Rəqəmsal marketinq · Korporativ  sosial məsuliyyət · Rəqəmsal dünyada bazar · Beynəlxalq biznes hüququ · Quru, dəniz və dəmir yolu nəqliyyatı · Aviasiya nəqliyyatı · Python vasitəsilə informasiya təhlükəsizliyinin avtomatlaşdırılması əsasları · Təhlükəsizlik informasiyası və hadisələrin idarə edilməsi (TİHM-SİEM) ilə taktiki təhlil · Qabaqcıl müdaxilə testi, "Exploit"-lərin yazılması və Etik xakerlik · Müdaxilə testerləri üçün sosial mühəndislik · İnformasiya təhlükəsizliyində müdaxilə arxitekturası və mühəndisliyi · Veb tətbiqlərinin təhlükəsizliyinin əsasları · Enerji menecmenti · Enerji iqtisadiyyatı · Səhiyyənin idarə olunması Yaz semestri: · Təşkilatın innovasiya strategiyası · Risklərin idarə edilməsi konsepsiyaları: Statistik modellər · Kredit riskləri · Əməliyyatlar riski · Keyfiyyətin idarə edilməsi · Texnologiya və əməliyyatlar menecmenti · Sənayedə risklərin təhlili · İdarəetmə uçotu (MA – F2) · Marketinq strategiyası · Sosial media marketinqi · Korporativ maliyyə · Data-nın vizuallaşdırılması · İdarəetmə elmi · Böyük verilənlərin təhlükəsizliyi və gizliliyi · Biznes proseslərin idarə olunması · Müasir təchizat zəncirinin idarəedilməsi -2 (inteqrasiya və  ittifaqlar) · Liman və terminalların idarə edilməsi · Yaşıl təchizat zəncirinin idarəedilməsi və tətbiq olunan texnologiyalar · Yaşıl iqtisadiyyat · İnsidentlərə reaksiya və ekspert araşdırması · Təhlükəszilik əməliyyatları və idarəetmə · Təhlükəsizliyin qiymətləndirilməsi və müdaxilə testi · Təhlükəsiz "DevOps" · İnsan resurslarının idarə edilməsi · Sahibkarlıq fəaliyyətinin təşkili · Strateji menecment · Etibarlılıq ve təhlükəsizliyin təhlili · İdarəetmənin informasiya sistemləri · Rəqamsal marketinq · Korporativ maliyyə · E-Kommersiya · Qlobal mühitdə biznes · Texnologiya və qlobal rəqabət · Beynəlxalq marketinq · Təqdiqat metodları · R ilə data analitikası· Risk analitikası · Quru, dəniz və dəmiryolu nəqliyyatı · Aviasiya nəqliyyatı · Layihələrin idarə edilməsi · Biznes və iqtisadiyyat üçün statistika · İnsan resurslarının idarəedilməsi · Bulud təhlükəsizliyi · Müdaxilə testerləri üçün sosial mühəndislik · Kibertəhlükəsizliyə və riskin idarə edilməsinə praktiki yanaşma · Bulud təhlükəsizliyi və DevOpsun avtomatlaşdırılması · Enerji auditinin təşkili · Personalın seçilməsi, işə qəbulu və işlə tanışlıq Tələblər: · iqtisadiyyat, menecment, biznesin idarə olunması, maliyyə, nəqliyyat texnologiyaları, logistika və daşımalar, data analitikası, statistika, ekonometrika, marketinq, mühəndislik, səhiyyə, informasiya və kommunikasiya texnologiyaları sahələrində ən azı magistr dərəcəsinin olması; · ən azı 1 illik pedaqoji təcrübənin olması; · axşam saatlarında (18:30-21:30 aralığı) tədris aparmaq imkanının olması; QEYD: Xaricdə təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini təqdim etməlidirlər.  Maraqlanan şəxslər CV, diplomun surəti və iddia etdikləri fənn yaxud fənlər üzrə yuxarıda təqdim olunan  nümunəyə uyğun sillabus hazırlayıb [email protected] və [email protected] elektron ünvanlarına göndərə bilərlər. Namizədlər iddia etdikləri fənn yaxud fənlərin adları və onları hansı dildə tədris etmək istəkləri barədə məktubda məlumat verməlidir.   Müraciət üçün son tarix: 15 avqust 2022-ci il, saat 17:00.

Azərbaycan Texniki Universitetində (AzTU) MBA proqramı çərçivəsində 2022/2023-cü tədris ilinin payız və yaz semestrləri üzrə müəllimlərin işə qəbuluna başlanılıb. Azərbaycan ..

2022-07-20