Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Tusaş

Azərbaycan Texniki Universiteti (AzTU) son illərdə aparılan islahatlarla müasir əmək bazarının tələbləri və yeni çağırışlara uyğun olaraq, qabaqcıl təcrübələrin mənimsənilməsi və ölkəmizə transferi istiqamətində bir-sıra işlər görür.Onlardan biri 2022-ci ildən etibarən Türkiyə Respublikasının Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) ilə qurulan əməkdaşlığı ilə yüksək ixtisaslı mühəndis hazırlığı təlimlərinin universitetimizdə həyata keçirilməsidir.

Sözügedən əməkdaşlıq çərçivəsində təşkil edilən “AzTU-Turkish Aerospace, MGP 2023.1” təlim proqramına 18.09.2023-cü il tarixindən başlamış, hazırda sonuncu – IV mərhələsi üzrə təlimlər davam etdirilir. Təlimdə İştirak edənlərin statistikası 4 istiqamət üzrə 43 nəfərdir:

  • Uçuş elmləri ( 5 nəfər )
  • Avionika və proqramlaşdırma ( 9 nəfər )
  • Konstruktiv dizayn ( 19 nəfər )
  • Konstruktiv analiz ( 10 nəfər )

 

 Gənc Mühəndislərin yeni çağırışlara uyğun olaraq, hazırlanması yönündə bu proqramın dinləyicilərindən 3 nəfər təlimdəki rol bazasına əsasən “Bayraktar Texnologiya Azərbaycan” şirkətindən iş təklifi almış və hazırda Türkiyə Respublikasında 4-6 ay müddətində təlimlərdə iştirak edir.