Azərbaycan Texniki Universiteti (AzTU) 1950-ci ildə (Azərbaycan Politexnik İnstitutu) fəaliyyətə başlayanda Bədən tərbiyəsi və idman kafedrası da yaranıb. 2015-ci ildə Təhsil Nazirliyinin əmri ilə Bədən tərbiyəsi və idman kafedrası ləğv edilərək onun bazasında AzTU İdman klubu yaradılıb. İdman klubunda 10 idman növü üzrə: basketbol, sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, boks, voleybol, futbol, stolüstü tennis, kikboksinq və şahmat bölmələri fəaliyyət göstərir.
AzTU İdman klubunu sədri Azərbaycan Resbublikasının Fəxri bədən tərbiyəsi işçisi, SSRİ idman ustası Aydın Ağaliyevdir.
Basketbol idman növü:
Sərbəst güləş idman növü:
Cüdo idman növü:
Yunan- Roma güləşi idman növü:
Boks idman növü:
Voleybol idman növü:
Futbol idman növü:
Stolüstü tennis idman növü:
Kikboksing idman növü:
Hər il noyabr ayında I kurs tələbələrini idmana cəlb etmək məqsədilə voleybol, şahmat, dama, stolüstü tennis, futzal, basketbol, güləş idman növləri üzrə yarışlar keçirilir. Aprel - may aylarında ümummilli lider Heydər Əliyevin anadan olmasına həsr olunan fakültələrarası yarışlar, may ayında isə boks və kikboksinq idman növləri üzrə universitetin açıq birinciliyi keçirilir. Bundan əlavə AzTU İdman Klubu “Gənclik” Tələbə İdman Cəmiyyətinin təşkil etdiyi ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən çempionat və universiadalarda, həmçinin, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi yarışlarda və digər respublika çempionatlarında uğurla iştirak edir.