Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Arxiv

Təhsil Nazirliyinin qrant müsabiqəsi üzrə AzTU-nun qalib olduğu layihənin hesabatı dinlənilib

Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” mövzusunda keçirdiyi qrant müsabiqəsi üzrə Azərbaycan Texniki Universitetinin (AzTU) qalib olduğu “AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyinin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksəkixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” layihəsinin hesabatı dinlənilib. Onlayn keçirilən görüşdə təhsil nazirinin müşaviri Nicat Məmmədli, Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Elvin Rüstəmov, Elm, ali, orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi  Vusalə Qurbanova, Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərinin icraçısı, baş məsləhətçi Vüsalə Əliyeva, mütəxəssis Ruziyyə Məmmədzadə, eləcə də AzTU-nun layihə üzrə işçi heyəti iştirak edib. AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Sübhan Namazov təqdimatla çıxış edərək layihədə nəzərdə tutulan tapşırıqlar, komponentlər üzrə fəaliyyətlərin icra vəziyyəti, nailiyyətlər və risklər haqqında ətraflı məlumat verib. Bildirib ki, layihə çərçivəsində professor-müəllim heyətinin elmi potensialını artırmaq məqsədilə 12 nəfər xarici ölkələrin qabaqcıl universitetlərində təcrübə mübadiləsində iştirak edəcək və tədqiqatlara cəlb olunacaqlar. Daha sonra AzTU-nun rəqəmsallaşma və layihələr üzrə prorektoru Rəşad Əliyev layihə çərçivəsində icra edilən universitetin elektron təhsil platformasının funksionallıqları, işlənmə vəziyyəti və tamamlanma müddəti barədə təqdimatla çıxış edib. Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Elvin Rüstəmov layihə icraçılarına icra müddətində və hesabatlılıqda nəzərə almalı olduqları məsələləri qeyd edib. Görüş sual-cavab formatında davam etdirilib. Qeyd edək ki, layihə çərçivəsində növbəti hesabatlılıq görüşünün mayın sonunda keçirilməsi nəzərdə tutulur. Layihə üzrə görüləcək işlərin 1 sentyabr tarixinə kimi yekunlaşdırılması planlaşdırılır.  

Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” mövzusunda keçirdiyi qrant müsabiqəsi üzrə Azərbaycan Texniki Universitetinin (AzTU) qalib oldu ..

2022-04-22
Arxiv

AzTU-da Birinci Qarabağ müharibəsi şəhidi Elşad Əliyevin xatirəsi anılıb

  Azərbaycan Texniki Universitetinin (AzTU) Birinci Qarabağ müharibəsində şəhid olmuş tələbəsi Elşad Əliyevin xatirəsinə həsr olunan tədbir keçirilib. Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər və universitet nümayəndələri iştirak edib. Qonaqları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev universitetdə şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, AzTU-nun tələbə və məzunları torpaqlarımızın ərazi bütövlüyü uğrunda aparılan bütün müharibələrdə ön sıralarda xidmət edib. Rektor qeyd edib ki, 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı ali təhsilini yarımçıq saxlayıb döyüşlərdə iştirak edərək şəhidlik zirvəsinə yüksələn Elşad Əliyevin də xatirəsi universitetdə hər zaman yad olunur və bu belə də davam edəcək. Rektor 44 günlük Vətən müharibəsində də AzTU-nun tələbə və məzunlarının iştirakını xüsusi vurğulayıb. Bildirib ki, 44 günlük Vətən mühribəsində AzTU-nun tələbə və məzunları arasından 36 nəfər şəhidlik zirvəsinə yüksəlib. O da qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirib. Daha sonra AzTU-nun Media ilə iş və kommunikasiya şöbəsinin Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları ilə işlərin təşkili qrupunun rəhbəri Zöhrə Məmmədova çıxış edib. Bildirib ki, AzTU-da şəhid tələbə və məzunların xatirəsinin əbədiləşdirilməsi üçün müxtəlif layihələr həyata keçirilir. Şəhid ailələri adından çıxış edən ”Şəhid analarına dəstək” İctimai Birliyini sədri, Aprel şəhidi Əbdülməcid Axundovun anası Ceyran Axundova belə tədbirlərin təşkilinə görə universitet rəhbərliyinə təşəkkür edib. Daha sonra Elşad Əliyevin təhsil aldığı Binəqədi rayonu 244 saylı orta məktəbin 4-cü sinif şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış edib. Qeyd edək ki, AzTU-nun Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn tələbəsi Elşad Əliyev 1975-ci il fevralın 27-də Bakıda anadan olub. O, 1991-ci ildə AzTU-ya qəbul olunub. 1993-cü ildə Birinci Qarabağ müharibəsində iştirak etmək üçün ali təhsilini yarımçıq saxlayıb. 1993-cü ildə Ağdamın Şelli kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!                                       

Azərbaycan Texniki Universitetinin (AzTU) Birinci Qarabağ müharibəsində şəhid olmuş tələbəsi Elşad Əliyevin xatirəsinə həsr olunan tədbir keçirilib. Tədbirdə şəhid ailələrinin ..

2022-04-15
Arxiv

AzTU-nun nümayəndə heyəti Polis Akademiyasında olub

Azərbaycan Texniki Universiteti (AzTU) ilə DİN-in Polis Akademiyası arasında əməkdaşlıq inkişaf etdirilir. Əməkdaşlıq çərçivəsində AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Kamran Rəsulov, Nəqliyyat və logistika fakültəsinin dekanı Allahverdi Şərifov, həmçinin universitetin müəllim və tələbələrindən ibarət nümayəndə heyəti Polis Akademiyasında olub. Görüş zamanı qonaqlara Akademiyanın tarixi, burada aparılan təlim-tədris prosesi haqqında məlumat verilib. Akademiyanın tədris korpusları, idman meydançaları və zalları, kriminalistik şəhərcik, kitabxana, kursant yeməkxanası və yataqxanaları ilə tanışlıqldan sonra qonaqlar ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi və təbliğ olunması üçün bütün imkanların yaradıldığı Heydər Əliyev Mərkəzində olublar. DİN-in Polis Akademiyasının ötən müddət ərzində ölkə və DİN rəhbərliyinin diqqət və qayğısı sayəsində böyük inkişaf yolu keçirdiyi qonaqların diqqətinə çatdırılıb. Bununla yanaşı daxili işlər orqanları üçün ali hüquq təhsilli kadrların hazırlandığı, maddi-texnki bazanın ən müasir tələblərə cavab verdiyi, dünyanın bir sıra digər ölkələrinin analoji təhsil müəssisələri ilə əlaqələrin, həmçinin təhsil və təcrübə mübadiləsinin də daim inkişaf etdirildiyi xüsusilə vurğulanb. Görüş zamanı AzTU tələbələrinə o da bildirilib ki, yüksək nəzəri biliklərin əldə edilməsi və yaradıcılıq vərdişlərinin formalaşdırılması üçün tələbələrin elmi- tədqiqat işinə cəlb olunması akademiyanın fəaliyyətinin mühüm istiqamətlərindən biridir. AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Kamran Rəsulov görüşdən mənmunluğunu ifadə edib və səmərəli məlumat mübadiləsinə görə minnətdarlığını bildirib.       

Azərbaycan Texniki Universiteti (AzTU) ilə DİN-in Polis Akademiyası arasında əməkdaşlıq inkişaf etdirilir. Əməkdaşlıq çərçivəsində AzTU-nun sosial məsələlər və ictimaiyyə ..

2022-04-14
Arxiv

AzTU-da LMQS layihəsi çərçivəsində menecment görüşləri keçirilir

 Azərbaycan Texniki Univeristetinin (AzTU) tərəşdaşı olduğu Erasmus+ KA2 proqramı üzrə həyata keçirilən “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti, risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı, peşə magistri hazırlığı” (LMQS) layihəsi çərçivəsində növbəti menecment görüşləri keçirilir. Layihənin beynəlxalq və yerli tərəfdaşlarının iştirak etdiyi görüş AzTU-da təşkil olunub.    Menecment görüşündə Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov, layihənin koordinatoru Qərbi Attika Universitetinin nümayəndəsi, professor Panayotis Yannakopoulos, Avropa Birliyinin eksperti, professor Jean Noel Pachoud, Əl-Fərabi Qazax Milli Universitetinin nümayəndəsi Yerlan Makaşev, Rusiyanın Əlavə Təhsil və Qabaqcıl Tədris Mərkəzinin nümayəndəsi İrina Kartseva, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının prorektoru Novruz Hacıyev və digər şəxslər iştirak edir. Görüşdə, həmçinin layihə üzrə AzTU işçi qrupunun rəhbəri, beynəlxalq əlaqələr üzrə prorektor Sübhan Namazov və digər məsul şəxslər də iştirak edir. İştirakçıları salamlayan AzTU-nun beynəlxalq əlaqələr üzrə prorekoru Sübhan Namazov layihənin əhəmiyyətindən və bu istiqamətdə görülən işlərdən danışıb. Daha sonra Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov Avropa Birliyinin Erasmus+ proqramının layihələri ilə bağlı son qərarları, həmin qərarların layihəyə təsirləri barədə iştirakçıları məlumatlandırıb. 15 aprelə kimi davam edəcək menecment görüşləri zamanı layihənin icra vəziyyəti, qarşıda duran cari məsələlər və çətinliklər, eləcə də gələcəkdə icra olunacaq tapşırıqlar müzakirə olunacaq.

Azərbaycan Texniki Univeristetinin (AzTU) tərəşdaşı olduğu Erasmus+ KA2 proqramı üzrə həyata keçirilən “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyy ..

2022-04-14
Arxiv

ECAR layihəsi çərçivəsində növbəti təlim keçirilib

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində “Liderliyin əsasları” mövzusunda təlim keçirilib. Layihənin yerli tərəfdaşı olan 16 ali təhsil müəssisəsinin  prorektor və digər rəhbər şəxslərinin iştirak etdiyi təlim Azərbaycan HR İnstitutunun dəstəyi ilə təşkil olunub. Təlimdə Azərbaycan Texniki Universitetinin (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru Sübhan Namazov və İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Fərqanə Musayeva iştirak edib. Azərbaycan HR İnstitutunun əməkdaşı Vüqar Cəfərov təlimdə “Fərdi performansın komponentləri”, “Korporativ performansın komponentləri”, “Motivasiya”, “Maslow teoriyası”, “Herzberg teoriyası”, “Situativ liderlik modeli”, “Feedback verilməsi qaydaları”, “DİSC davranış modeli” mövzuları barədə ətraflı məlumat verib. Sonda  iştirakçılara sertifikat təqdim olunub.

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində “Liderliyin əsasları” mövzusunda təlim keçirilib. Layihənin yerli tərəfdaşı olan 16 ali təh ..

2022-04-13
Arxiv

AzTU-da “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” adlı təlim kursu keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” adlı təlim kursu keçirilib.  Tədbirdə çıxış edən AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Kamran Rəsulov kursun əhəmiyyətindən danışıb. Bildirib ki, kursda fövqəladə hallar zamanı baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə faydalı məlumatlar diqqətə çatdırılır.  Daha sonra çıxış edən Bakı Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəis müavini, polkovnik Yolçu Yolçuyev fövqəladə hallarla bağlı biliklərin hər kəs üçün əhəmiyyətli olduğunu qeyd edib. O, fövqəladə hallar zamanı davranış qaydaları barədə ətraflı məlumat verib.  Təlim kursunda “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “112 qaynar xətti”, “Odsöndürücü balondan istifadə qaydaları”, “Çimərliklərdə təhlükəsizlik qaydaları” və s. mövzularda çıxışlar olub. Təlimin sonunda tələbələrin sualları cavablandırılıb. 

Azərbaycan Texniki Universitetində (AzTU) Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı il ..

2022-04-07
Arxiv

Qazi Universitetinin professorları AzTU-ya səfər edib

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Qazi Universitetinin əməkdaşlığı çərçivəsində Qazi Universitetinin Texnologiya fakültəsinin dekanı, professor Süleyman Tekeli və Kompüter mühəndisliyi kafedrasının müdiri, professor Ayhan Erdem AzTU-ya səfər edib. Səfər zamanı 1999-cu ildən Türkiyənin Ankara Şəhər Bələdiyyəsi və Qazi Universitetinin icra etdiyi BELTEK (bələdiyyə texniki təhsil kursları) texniki peşə təlimləri layihəsi ilə bağlı məlumatlandırma sessiyası keçirilib. Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, universitetin nümayəndələri, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə heyəti sədrinin müavini Cəmaləddin Quliyev, agentliyin nümayəndələri, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşı Zaur Əliyev iştirak edib. Qonaqları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev BELTEK layihəsinin mahiyyəti, Azərbaycan üçün faydaları və ömürboyu təhsillə bağlı əhəmiyyətindən danışıb. Qazi Universitetinin Texnologiya fakültəsinin dekanı, professor Süleyman Tekeli BELTEK haqqında geniş təqdimatla çıxış edib. O, proqramın tərkibi, əhatə dairəsi, qısamüddətli peşə təlimləri vasitəsilə əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığı və digər məsələlərlə bağlı məlumat verib. Qazi Universiteti Kompüter müəndisliyi kafedrasının müdiri, professor Ayhan Erdem AzTU-nun Kompüter texnologiyaları və kibertəhlükəsizlik kafedrasının professor-müəllim heyəti və tələbələri qarşısında təqdimatla çıxış edib, daha sonra kafedranın fəaliyyəti ilə tanış olub.  Səfər çərçivəsində iki universitet arasında imzalanan ikili diplom proqramı haqqında  müqavilənin icrası ilə bağlı müzakirələr də aparılıb. Həmçinin elektrik və elektronika mühəndisliyi, metallurgiya mühəndisliyi və maşın mühəndisliyi ixtisasları üzrə tədrisin maddi-texniki bazasının inkişaf etdirilməsi üçün təklif və təqdimatlar müvafiq fakültə dekanları və kafedra müdirləri ilə müzakirə edilib.        

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Qazi Universitetinin əməkdaşlığı çərçivəsində Qazi Universitetinin Texnologiya fakültəsinin dekanı, professor Süleyman Tekeli ..

2022-04-06
Arxiv

“Davamlı inkişaf üçün mühəndislik təhsilində qızların iştirakının artırılması” layihəsi başa çatıb

UNESCO-nun dəstəyilə Azərbaycan Texniki Universitetinin (AzTU) icra etdiyi “Davamlı inkişaf üçün mühəndislik təhsilində qızların iştirakının artırılması” layihəsinin yekun tədbiri keçirilib. “Tələbələrin karyera gözləntiləri” mövzusuna həsr olunan tədbirdə tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli layihə çərçivəsində görülmüş işlərin əhəmiyyətindən danışıb, əldə olunan nəticələri təqdirəlayiq hesab edib. Daha sonra Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) peşə təhsili üzrə koordinatoru Zəhra Əmrahova “Dövlət-özəl sektor əməkdaşlığı, karyera mərkəzlərinin rolu” mövzusunda geniş təqdimatla çıxış edib. “Əmək bazarında son meyillər və işəgötürənin gözləntiləri” mövzunda çıxış edən “Araz” supermaketlər şəbəkəsinin İnsan resursları direktoru Allahverdi Bağırov tələbələrə karyera seçimi zamanı diqqət etməli olduqları vacib məqamlardan danışıb. Tədbirdə AzTU-nun hüquqşünası Pərvanə Allahverdiyeva “Əmək hüquqlarımızı bilək!”, layihələr və mübadilə proqramları üzrə baş mütəxəssis Mətanət Paşayeva isə “Mühəndislikdə məsləhət xidmətləri üzrə özünüməşğulluq: çağırışlar və imkanlar” mövzusunda təqdimatla çıxış edib. Qeyd edək ki, tədbirdə Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti və Bakı Ali Neft Məktəbində təhsil alan tələbə qızlar iştirak edib. Tədbirin sonunda layihə çərçivəsində təlim keçən tələbələrə sertifikat verilib. Layihənin uğurla icra edilməsində yaxından iştirak edən universitet əməkdaşları isə təşəkkürnamə ilə təltif olunub.

UNESCO-nun dəstəyilə Azərbaycan Texniki Universitetinin (AzTU) icra etdiyi “Davamlı inkişaf üçün mühəndislik təhsilində qızların iştirakının artırılması” layihəsinin yekun t ..

2022-04-01
Arxiv

Azərbaycan Texniki Universitetində UNESCO-nun dəstəyi ilə təlimlərə başlanılıb

UNESCO-nun maliyyə dəstəyi İlə Azərbaycan Texniki Universitetinin (AzTU) “Davamlı inkişaf üçün mühəndislik təhsilində qızların iştirakının artırılması” layihəsi çərçivəsində təlimlərə start verilib. Bildirilib ki, təlimlərin ilk günündə şagirdlərə AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Sübhan Namazov layihə haqqında məlumat verib. O, iqtisadiyyatın inkişafında mühəndislik peşəsinin əhəmiyyəti, bu sahəyə qadınların da töhfəsinin zəruriliyi, müasirləşən mühəndislik peşələrinin qadınlar üçün uyğunluğu, eləcə də AzTU-nun tələbə qızlarının bu istiqamətdə qazandığı uğurlar haqqında danışıb. Daha sonra layihənin gender üzrə mütəxəssisi Günel Ağabəyli mühəndis qızların uğur hekayələrindən və dünyada bu peşədə təmsil olunan qadınların nailiyyətlərindən söz açıb. Qeyd olunub ki, layihə çərçivəsində şagirdlərə STEM, elektronika, layihələndirmə və proqramlaşdırma, mühəndislik dizaynı, “Python” təlimləri və mühəndislikdə qadınların iştirakının təşviqi mövzularında silsilə təlimlər və seminarların keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, təlimlərə AzTU-nun və digər müəssisələrin bu sahədə ixtisaslaşan peşəkar mütəxəssisləri rəhbərlik edir.

UNESCO-nun maliyyə dəstəyi İlə Azərbaycan Texniki Universitetinin (AzTU) “Davamlı inkişaf üçün mühəndislik təhsilində qızların iştirakının artırılması” layihəsi çərçivə ..

2022-03-01
Arxiv

“Erasmus+” CRENG layihəsi çərçivəsində master-klas dərsləri keçirilib

Avropa Birliyinin maliyyələşdirdiyi “Erasmus+” KA2 proqramı üzrə həyata keçirilən “Nəqliyyat xidmətləri üçün risk və böhran mühəndisliyi” (CRENG) layihəsi çərçivəsində onlayn master-klas dərsləri keçirilib. 4 gün ərzində keçirilən master-klas dərslərində Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının, Logistika və Nəqliyyat İnstitutunun əməkdaşları, həmçinin magistratura və doktorantura tələbələri iştirak edib.  Dərslər fəlakət vəziyyətlərində humanitar logistika və nəqliyyat xidmətləri, logistika sistemlərinin modelləşdirilməsi üzrə “AnyLogic”, qlobal depolama sistemlərində müasir problemlər, qlobal  nəqliyyat sistemində yükün iki və ya daha çox nəqliyyat vasitəsilə daşınmasında irəliləyişlər, riskin və böhranın proqnozlaşdırılması və s. mövzuları əhatə edib. Sonda müstəqil auditorun iştirakı ilə layihənin ümumi monitorinqi keçirilib.

Avropa Birliyinin maliyyələşdirdiyi “Erasmus+” KA2 proqramı üzrə həyata keçirilən “Nəqliyyat xidmətləri üçün risk və böhran mühəndisliyi” (CRENG) layihəsi çərçivəsində ..

2022-02-21