Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar AzTU-da Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasına müəllimlərin işə qəbulu elan olunur

AzTU-da Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasına müəllimlərin işə qəbulu elan olunur

2025-08-27
105

Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrası 2025/2026-cı tədris ilinin payız və yaz semestrləri üzrə baş müəllim vəzifəsinə müəllimlərin işə qəbulunu elan edir.

Azərbaycan və rus bölməsi üçün müvafiq sahədə təcrübəsi olan müəllimlərin işə qəbulu aşağıdakı fənlər üzrə aparılır:

Baş müəllim (Azərbaycan bölməsi üzrə – 1 ştat)

Payız semestri üzrə fənlərin siyahısı: 

· Nəqliyyatda hərəkətin təhlükəsizliyi

· Nəqliyyatda sığorta

· Logistikanın əsasları 

Yaz semestri üzrə fənlərin siyahısı: 

· Turizm daşımalarının təşkili

· Yol hərəkəti qaydaları və hərəkətin təşkili

· Magistrantların elmi-tədqiqat təcrübəsinə rəhbərlik 

Baş müəllim (Azərbaycan bölməsi üzrə – 1 ştat) 

Payız semestri üzrə fənlərin siyahısı:  

· Nəqliyyat sistemlərinin idarə edilməsi

· Logistika sistemlərində idarəetmənin əsasları

· Multimodal daşımalar

· Daşımalarda sənəd dövriyyəsi

· Yük daşıma texnologiyaları 

Yaz semestri üzrə fənlərin siyahısı:  

· Nəqliyyat daşımalarının texnologiyaları

· Logistikada layihə menecmenti

· Magistrantların elmi-tədqiqat təcrübəsinə rəhbərlik 

Baş müəllim (Rus bölməsi üzrə – 1 ştat)

Payız semestri üzrə fənlərin siyahısı:  

· Tədarük və bölüşdürmə logistikası

· Nəqliyyatda yükləmə-boşaltma işləri

· Nəqliyyatda risklərin idarə edilməsi

· Logistika sistemlərində idarəetmənin əsasları

· Daşımalarda sənəd dövriyyəsi                                                                                                                                                                               

Yaz semestri üzrə fənlərin siyahısı:  

· Anbar logistikası

· Logistikada layihə menecmenti

· Avtomobil yolları

· Nəqliyyat növlərinin konstruksiya xüsusiyyətləri

· Nəqliyyat daşımalarının texnologiyaları

· Magistrantların elmi-tədqiqat təcrübəsinə rəhbərlik 

Tələblər:

· Ali təhsil: Nəqliyyat, logistika, yol hərəkəti təhlükəsizliyi, mühəndislik və ya əlaqəli sahə üzrə magistr və ya doktorantura dərəcəsi;

· Müvafiq sahə üzrə elmi dərəcənin (PhD və ya fəlsəfə doktoru) mövcud olması üstünlükdür.

· Tədris sahəsinə uyğun elmi məqalələrin, tədqiqatların və ya layihələrin müəllifi olmaq;

· Ali təhsil müəssisəsində pedaqoji fəaliyyət üzrə ən azı 1-3 il iş təcrübəsi;

· Fənn proqramlarına uyğun dərs materiallarını hazırlamaq və müasir tədris metodlarından istifadə etmək bacarığı;

· Azərbaycan və rus dilində səlis danışıq və yazı bacarığı;

· Yaxşı ünsiyyət və təqdimat bacarıqları;

· Komanda ilə işləmək və akademik mühitə uyğunlaşmaq qabiliyyəti;

· Müasir İT və tədris texnologiyalarından istifadə bacarığı (MS Office, LMS platformaları və s.). 

Müraciət qaydası:

Tələblərə uyğun namizədlər mövzu yerində iddia etdikləri fənn yaxud fənlərin adları və tədris edəcəkləri dil barədə məlumatları qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 05.09.2025