Erasmus Nədir?
Erasmus təhsil, təlim, gənclər və idmanı dəstəkləyən Avropa İttifaqı (Aİ) proqramıdır. Aİ tərəfindən maliyyələşdirilən Erasmus proqramı tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini dəstəkləyir. Proqramın adı 15-ci əsrdə yaşamış İntibah dövrünün humanizm hərəkatının qabaqcıllarından, Holland əsilli mütəfəkkir Desiderius Erasmusun adından götürülüb.
Erasmusun məqsədi:
- Xarici ölkə universitetləri ilə əməkdaşlığın genişləndirilməsi
- Tələbələr üçün xaricdə təhsil/təcrübə imkanı təmin etmək
- Müəllimlər üçün xaricdə tədris/təlim imkanı təmin etmək
Erasmusun faydaları:
- Yeni insanlarla və mədəniyyətlərlə tanışlıq
- Xarici dil biliyinin təkmilləşdirilməsi (belə ki, ingilis dilinin istifadəsi ilə yanaşı, xarici universitetdə yerli dil kursu təklif edilir)
- Ölkədən kənarda sərbəst yaşamaq və qərar qəbul etmək təcrübəsi
Mübadilə müddəti:
Tələbə üçün təhsil mübadiləsi: 3-12 ay
Tələbə üçün təcrübə mübadiləsi: 2 ay
Pedaqoji/inzibati heyət mübadiləsi: 1 həftə
Mübadilə üçün şərtlər:
Tələbələr:
- Təhsil pilləsinin ilk semestrini tamamlamış olmaq
- ÜOMG bakalavr üçün minimum 75, magistratura üçün minimum 85
- Dil biliyi minimum B2 (Seçim zamanı sertifikat təqdim edənlərə üstünlük verilir)
Pedaqoji/inzibati heyət:
- Tam ştatlı pedaqoji/inzibati heyət (olmadığı və ya uyğun gəlmədiyi halda, yarım ştat və saat hesabı müəllimlərin müraciəti nəzərə alınacaq)
- AzTU-da iş təcrübəsi müddəti qeyd olunan CV (5 ildən artıq təcrübəsi olanlar üstünlük əldə edir)
- Dil biliyi minimum B2 (Sertifikat təqdim edənlərə üstünlük verilir)
Səyahət xərcləri:
Mübadilə müddətində tələbələr getdiyi universitetdəki təhsil haqqından azad olur. Proqramda iştirak edən tələbə və müəllimlərin xərcləri Avropa İttifaqı tərəfindən müvafiq olaraq təqaüd və ezamiyyə xərci şəklində ödənilir. Ödənişlərə daxildir:
- Yol xərci (məsafəyə görə hesablanır)
- Tələbə üçün aylıq təqaüd (qalmaq və gündəlik xərclər daxil olmaqla)
- Müəllimlər üçün günlük ezamiyyə xərci (qalmaq və gündəlik xərclər daxil olmaqla)
Ətraflı məlumat üçün:
Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərsiniz.
Əsas bina, 3-cü mərtəbə, 325-ci otaq
Email: [email protected]
Tel: (+994 12) 539 13 48