Azərbaycan Texniki Universiteti (AzTU) son illərdə aparılan islahatlarla müasir əmək bazarının tələbləri və yeni çağırışlara uyğun olaraq, qabaqcıl təcrübələrin mənimsənilməsi və ölkəmizə transferi istiqamətində bir-sıra işlər görür.Onlardan biri 2022-ci ildən etibarən Türkiyə Respublikasının Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) ilə qurulan əməkdaşlığı ilə yüksək ixtisaslı mühəndis hazırlığı təlimlərinin universitetimizdə həyata keçirilməsidir.
Sözügedən əməkdaşlıq çərçivəsində təşkil edilən “AzTU-Turkish Aerospace, MGP 2023.1” təlim proqramına 18.09.2023-cü il tarixindən başlamış, hazırda sonuncu – IV mərhələsi üzrə təlimlər davam etdirilir. Təlimdə İştirak edənlərin statistikası 4 istiqamət üzrə 43 nəfərdir:
Gənc Mühəndislərin yeni çağırışlara uyğun olaraq, hazırlanması yönündə bu proqramın dinləyicilərindən 3 nəfər təlimdəki rol bazasına əsasən “Bayraktar Texnologiya Azərbaycan” şirkətindən iş təklifi almış və hazırda Türkiyə Respublikasında 4-6 ay müddətində təlimlərdə iştirak edir.