Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər SAP şirkətinin nümayəndələri AzTU tələbələrinə təlim keçib

SAP şirkətinin nümayəndələri AzTU tələbələrinə təlim keçib

20.11.2024     550     AzTU

Qlobal SAP şirkətinin nümayəndələri Yuri Kupriianov və Wissam Kadi AzTU tələbələri üçün təlimlər təşkil edib. Təlimlər İqtisadiyyat və idarəetmə, İnformasiya və telekommunikasiya texnologiyaları fakültələrinin tələbələri üçün nəzərdə tutulub. Müəssisələrin idarəolunması üzrə  ixtisaslaşmış şirkətin nümayəndələri  “Business Builders Game” üsülu ilə tələbələri qrup şəklində rasional biznes qərarları ilə bizneslərini idarə etməyə cəlb ediblər.

Daha sonra AzTU-nun akademik heyəti üçün “Gənclərin çevik dəyişkən dünya üçün hazırlanmasında lazımi bacarıqların yetişdirilməsi” mövzusunda panel müzakirə təşkil olunub.  Panel müzakirədə İqtisadiyyat və statistika kafedrasının müəllimləri iştirak ediblər. AzTU-nun bir qrup müəllim və tələbə heyəti COP29 çərçivəsində SAP-nin Yaşıl Zonada pavilyonunu ziyarət edib, orada şirkətin müxtəlif məhsulları və həlləri barədə müzakirə aparıblar.


Digər xəbərlər