“Erasmus+ KA2” proqramı üzrə “Azərbaycan və Rusiya ali təhsil müəssisələrində tədris, təlim və qiymətləndirmə prosesinin daxili keyfiyyət təminatının təkmilləşdirilməsi” (IQAinAR) layihəsi çərçivəsində yekun konfrans keçirilib.
Konfransda Azərbaycan Texniki Universiteti (AzTU) ilə yanaşı, layihənin Avropa tərəfdaşları Niderlandın Vittenborq Tətbiqi Elmlər Universiteti (WUAS), Avropa tərəfdaşları “415 International BV” təşkilatı və İspaniyanın Müqəddəs Entoni Katolik Universiteti (UCAM), həmçinin yerli tərəfdaşlar Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Naxçıvan Dövlət Universitetinin nümayəndələri iştirak edib.
Konfransda Azərbaycan Respublikasının elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, “Milli Erasmus” ofisinin direktoru Pərviz Bağırov və layihənin kordinatoru Vittenvburq Universitetinin icaçı direktoru Maggie Feng çıxış ediblər. Yekun konfransda layihə çərçivəsində görülən işlər və əldə olunan nəticələr barədə məlumat verilib.
Tədbirdə AzTU-nu beynəlxalq layihələr üzrə qrup rəhbəri Mətanət Paşayeva, beynəlxalq layihələr üzrə qrupun baş mütəxəssisi Nabat Cabbarova və beynəlxalq layihələr üzrə qrupun aparıcı mütəxəssisi Nübar Fərhadzadə təmsil edib.
Layihə çərçivəsində habelə konsorsium üzvlərinin hesabat görüşü də olub. Hesabat görüşündə layihənin başa çatması ilə əlaqədar tərəfdaşların maliyyə və yekun hesabatları barədə tələblər izah olunub və müzakirələr aparılıb. Aparılan görüşlər çərçivəsində Niderlandın Vittenborq Tətbiqi Elmlər Universiteti (WUAS) ilə Erasmus+ mobillik imkanları barədə görüləcək işlər haqqında məlumatlar paylaşılıb.