4-5 dekabr 2025-ci il tarixlərində Azərbaycan Texniki Universiteti (AzTU) (Azərbaycan), Brandenburq Texniki Universiteti (Brandenburq, Almaniya), Qazi Universiteti (Türkiyə) və NESEFF Enerji Təchizatı və Enerji Səmərəliliyi Beynəlxalq Şəbəkəsi (Almaniya) təşkilatçılığı ilə AzTU-nun 75 illik yubileyinə həsr olunan “Maşınqayırma və energetika: yeni konsepsiyalar və texnologiyalar” adlı III beynəlxalq elmi-praktik konfrans AzTU-da keçiriləcək.
Konfransın fəaliyyəti maşınqayırma və energetika sahələrinin müəssisələrinin inkişaf perspektivlərinin, yeni elmi və istehsal həll yollarının, texnologiyaların, mövcud vəziyyətdə iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin axtarışına, istehsal sektorunda kiçik və orta biznesin formalaşması və inkişafı ilə bağlı hərtərəfli müzakirələrin, eləcə də ali təhsil müəssisələrinin şirkət və müəssisələr ilə iş birliyi, nüfuzlu elm məktəbləri və müəssisə rəhbərləri ilə qarşılıqlı əlaqələrin yaradılmasına yönəlıb.
Beynəlxalq elmi-praktiki konfransın keçirilməsində məqsəd maşınqayırma və enerji sahələrinin inkişafının təmini ilə əlaqədar elm, təhsil və tədqiqat sahələrinə ekoloji təhlükəsizlik və bu sahələrin infrastrukturunun iqtisadi səmərəliliyinin artmasını müəyyənləşdirən elmi və texnoloji zəmin yaradan yeni çağırışların formalaşdırılmasıdır.