Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Konfranslar



“İnkişaf və İnnovasiyalar: Süni İntellekt və Maşın Öyrənməsi” mövzusunda I Beynəlxalq Konfrans keçiriləcək

30-31 oktyabr tarixlərində Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində “İnkişaf və İnnovasiyalar: Süni İntellekt və Maşın Öyrənməsi” adlı I Beynəlxalq Konfrans keçiriləcək. Hibrid formatda (yerində və onlayn) təşkil olunacaq tədbir süni intellekt və maşın öyrənməsi sahəsində qlobal tendensiyaların, yeni texnoloji yanaşmaların və gələcək inkişaf istiqamətlərinin müzakirəsinə həsr olunacaq.

Konfrans çərçivəsində iştirakçılara süni intellekt və maşın öyrənməsi sahəsində aparılan son tədqiqatlar, yeniliklər və real tətbiq nümunələri təqdim olunacaq. Eyni zamanda məlumat keyfiyyəti, modellərin izaholunması və alqoritmlərin ədalətliliyi kimi mövzular ətraflı müzakirə ediləcək. Tədbir elm, sənaye və dövlət qurumları arasında əməkdaşlığın inkişafına da töhfə verəcək.

Konfrans iştirakçıları səhiyyə, təhsil, nəqliyyat, istehsalat və maliyyə sahələrində süni intellekt və maşın öyrənməsi texnologiyalarının tətbiqi üzrə aparıcı ekspertlərin məruzələrini dinləyəcəklər. Tədbir həmçinin yeni bilik və təcrübə mübadiləsi aparmaq, gələcək əməkdaşlıqlar üçün platforma formalaşdırmaq imkanı yaradacaq.

Bu beynəlxalq tədbir süni intellekt dövründə daha ağıllı, səmərəli və inklüziv rəqəmsal gələcəyin qurulmasına mühüm töhfə verəcək.

Ətraflı məlumat