19-21 dekabr 2024-cü il tarixlərində Azərbaycan Texniki Universitetində Qırğız-Türk Manas Universiteti (QTMU), Əhməd Yasavi Universiteti və Niğde Ömər Halisdemir Universiteti (NOHU) ilə birgə Elm və Mühəndislik üzrə VI Beynəlxalq Türk Dünyası Konfransı (TURK-COSE ) keçiriləcək. Konfrans həm üz-üzə, həm də onlayn formatda təşkil olunacaq.
TURK-COSE 2024 informasiya və telekommunikasiya texnologiyaları, təbiət və tətbiqi elmlər, fizika və texniki elmlər, material elmləri, tikinti texnologiyaları və mühəndislik kənd təsərrüfatı elmləri, həmçinin müasir elmlər, mühəndislik, nəqliyyat və enerji texnologiyası kimi müxtəlif mövzuları əhatə edir.
Vacib qeydlər:
· TURK-COSE 2024 konfransının rəsmi dilləri Azərbaycan, türk, qazax, qırğız, ingilis və rus dilləridir.
· Konfransda ən azı 5 müxtəlif ölkədən məruzəçilər iştirak edəcək, üz-üzə və onlayn şəkildə təqdimatlar edəcəklər.
· Qəbul edilmiş məqalə və tezislər İSBN ilə nömrələnmiş Konfrans Materialları və Tezislər Kitabında dərc olunacaq.
· TURK-COSE 2024 idarəedici heyəti tərəfindən seçilmiş konfrans materiallarının SCOPUS tərəfindən indekslənmiş Gazi Universitetinin Elm jurnalında, TRDizin tərəfindən indekslənmiş Manas Mühəndislik Jurnalı, Crossref tərəfindən indekslənmiş Avrasiya Elm, Mühəndislik və Texnologiya Jurnalında nəşr edilməsi təklif olunacaq.
· Konfransda iştirak haqqı 20$ (üz-üzə) və 10$ (onlayn)
Vacib tarixlər:
Tam məqaləni təqdim etmək üçün son tarix: 20 oktyabr 2024-cü il
Qəbul bildirişi üçün son tarix: 01 noyabr 2024-cü il
Müəllif qeydiyyatı üçün son tarix: 07 noyabr 2024-cü il
Konfransın tarixləri: 19-21 dekabr 2024-cü il
https://www.ohu.edu.tr/turk-cose-tr/manset/24588