Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Yüksək Təhsil İnstitutuna magistratura proqram meneceri vakansiyası elan olunur

Yüksək Təhsil İnstitutuna magistratura proqram meneceri vakansiyası elan olunur

2025-07-28
223

Azərbaycan Texniki Universitetinin (AzTU) Yüksək Təhsil İnstitutuna magistratura proqram meneceri vakansiyası elan olunur. 

Tələblər:

· Ali təhsil (Magistr təhsili və ya fəlsəfə doktoru dərəcəsi arzuolunandır);

· Magistratura səviyyəsində təhsil proqramlarının hazırlanması, idarə olunması və monitorinqi sahəsində azı 3 il iş təcrübəsi;

· Yüksək səviyyədə təşkilati bacarıqlar və analitik düşüncə;

· Tədris planları, fənn proqramları, tədris yükləri və akademik proseslə bağlı sənədlərlə işləmək bacarığı;

· Yerli və beynəlxalq təhsil standartları ilə tanışlıq;

· Komanda ilə işləmək bacarığı və təşəbbüskarlıq;

· Azərbaycan dilində sərbəst, ingilis və rus dillərində işgüzar ünsiyyət bacarığı (ingilis dili üzrə IELTS/TOEFL sertifikatı üstünlükdür);

· Microsoft Office proqramlarında (xüsusilə Excel və Word) sərbəst işləmək bacarığı;

· Rəqəmsal platformalar və LMS sistemləri ilə işləmək təcrübəsi (Moodle, Teams, Google Workspace və s.).

Əmək funksiyaları:

· Magistratura proqramlarının planlaşdırılması, icrası, monitorinqi və qiymətləndirilməsi işlərini əlaqələndirmək;

· Tədris planlarının, proqramların və fənn sillabuslarının hazırlanmasına və yenilənməsinə nəzarət etmək;

· İnstitutlar və kafedralar ilə əməkdaşlıq edərək magistr proqramlarının keyfiyyətinin artırılması üçün tədbirlər hazırlamaq;

· Magistr tələbələrinin qeydiyyatı, dərs cədvəllərinin tərtibi və tədris prosesinə dair məsələlərdə dəstək göstərmək;

· Beynəlxalq proqramlar və iki diplomlu magistr proqramlarının təşkili və əlaqələndirilməsi prosesində iştirak etmək;

· Akkreditasiya və keyfiyyət təminatı proseslərində iştirak etmək;

· Tələbələrin dissertasiya işlərinin planlanması, rəhbərlərlə uyğunlaşdırılması və müdafiə proseslərinə dəstək göstərmək;

· Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Ali və orta ixtisas təhsil müəssisələrinin informasiya sisteminə (AOİTAS) tələbələr haqqında məlumatların daxil edilməsinə dəstək olmaq;

· Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən daxil olan sorğuların doldurulması və illik statistik hesabatın vaxtında və dəqiq yerinə yetirilməsi;

· Magistratura üzrə statistik məlumatların toplanması, təhlili və rəhbərliyə təqdim edilməsi. 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. 

Müraciət üçün son tarix: 01.08.2025-ci il saat 18:00