Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Yüksək Təhsil İnstitutuna doktorantura proqram meneceri vakansiyası elan olunur

Yüksək Təhsil İnstitutuna doktorantura proqram meneceri vakansiyası elan olunur

2025-07-28
131

Azərbaycan Texniki Universitetinin (AzTU) Yüksək Təhsil İnstitutuna doktorantura proqram meneceri vakansiyası elan olunur. 

Tələblər:

· Ali təhsil (Magistr təhsili və ya fəlsəfə doktoru dərəcəsi arzuolunandır);

· Elmi-tədqiqat fəaliyyəti və doktorantura səviyyəsində tədrisin təşkili sahəsində azı 3 il iş təcrübəsi;

· Elmi dərəcəsi və ya dissertasiya müdafiəsi təcrübəsi olanlara üstünlük verilir;

· Elmi-pedaqoji prosesin təşkili və tənzimlənməsi ilə bağlı normativ-hüquqi sənədləri dərindən bilmək (xüsusilə “Doktoranturaların yaradılması və doktoranturada təhsilalma Qaydaları” və “Elmi dərəcələrin verilməsi Qaydaları”);

· Dissertasiya mövzularının müəyyən edilməsi, rəhbərlərin təyinatı, elmi seminarların təşkili üzrə təcrübə;

· Analitik düşünmə, sənədlərlə işləmək və hesabat hazırlamaq bacarığı;

· Azərbaycan dilində sərbəst, ingilis və rus dillərində işgüzar ünsiyyət bacarığı (elmi

mətnlərlə işləmək bacarığı vacibdir);

· Microsoft Office proqramlarında (xüsusilə Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığı;

· Təşkilati bacarıq, məsuliyyətli və təşəbbüskar yanaşma.

Əmək funksiyaları:

· Doktorantura təhsil səviyyəsinin təşkili, koordinasiyası və monitorinqini həyata keçirmək;

· Doktorantların qəbul prosedurlarının təşkili və sənədlərin qiymətləndirilməsi prosesində iştirak etmək;

· Mövzu seçimi, rəhbərlik, fərdi planların tərtibi və icrasına nəzarət etmək;

· Elmi rəhbərlərlə, kafedralarla və struktur bölmələrlə əməkdaşlıq edərək dissertasiya işlərinin istiqamətləndirilməsini təşkil etmək;

· Dissertasiya müdafiə proseslərinin təşkili, ilkin müzakirələr və seminarlara dəstək göstərmək;

· Doktorantlara metodoloji dəstək və istiqamət vermək, seminarlar təşkil etmək;

· Beynəlxalq doktorantura proqramları və elmi əməkdaşlıqların inkişafında iştirak etmək;

· Universitetin elmi-tədqiqat siyasətinə uyğun olaraq doktorantura təhsilinin keyfiyyətinin artırılmasına dair təkliflər vermək;

· Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və digər müvafiq qurumlara illik

hesabatların hazırlanması və təqdim olunmasını təmin etmək;

· Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Ali və orta ixtisas təhsil

müəssisələrinin informasiya sisteminə (AOİTAS) tələbələr haqqında məlumatların daxil edilməsinə dəstək olmaq. 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. 

Müraciət üçün son tarix: 01.08.2025-ci il saat 18:00