Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrasının təşkilatçılığı ilə Beynəlxalq Yer Kürəsi Günü münasibətilə dünyannı narahat edən mühüm ekoloji məsələlərə həsr olunmuş Tələbə Debat Müsabiqəsi keçiriləcək.
22 aprel 2025-ci il saat 12:00-da onlayn formatda təşkil olunacaq debatda ətraf mühitin qorunması ilə bağlı fikirlər söyləniləcək, davamlı gələcək üçün müzakirələr aparılacaq.
İngilis dilində təşkil olunacaq debat ekoloji maarifləndirməni təşviq etmək və tələbələrin xarici dildə müzakirə bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.