Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar V Beynəlxalq Türk Dünyası Elm və Mühəndislik Konqresi keçiriləcək

V Beynəlxalq Türk Dünyası Elm və Mühəndislik Konqresi keçiriləcək

2023-07-05
562

Niğde Ömer Halisdemir Universiteti (NOHU), Manas Qırğızıstan-Türkiyə Universiteti (KTMU) və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə 15-17 sentyabr 2023-cü il tarixlərində V Beynəlxalq Türk Dünyası Elm və Mühəndislik Konqresi (TURK-COSE 2023) keçiriləcək. Konqres Bişkek şəhərində ənənəvi və onlayn formatda baş tutacaq.

V Beynəlxalq Türk Dünyası Elm və Mühəndislik Konqresində iştirakla bağlı mühüm tarixlər aşağıdakı kimi müəyyən edilmişdir:

· Xülasənin təqdim edilməsi üçün son tarix: 10 avqust 2023-cü il

· Tam mətnin təqdim edilməsi üçün son tarix: 10 avqust 2023-cü il

· Qəbul haqqında bildiriş üçün son tarix: 15 avqust 2023-cü il

· Hazır məruzələrin təqdimatı üçün son tarix: 20 avqust 2023-cü il

· Müəllifin qeydiyyatı üçün son tarix: 20 avqust 2023-cü il

Konqresdə informasiya və telekommunikasiya texnologiyaları, təbiət və tətbiqi elmlər, fizika və texnika elmləri, materialşünasliq, tikinti texnologiyaları və mühəndisliyi, kənd təsərrüfatı elmləri və texnologiyaları, nəqliyyat və enerji kimi aktual elm, mühəndislik və texnologiya mövzularına yer veriləcək.

Ətraflı məlumatı aşağıdakı linkə daxil olaraq əldə edə bilərsiniz:

https://www.ohu.edu.tr/turk-cose-az/manset/23780