Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar “TUSAŞ Lift Up” – Sənaye Yönümlü buraxılış (Məzun) Layihələri müsabiqəsi elan edilib

“TUSAŞ Lift Up” – Sənaye Yönümlü buraxılış (Məzun) Layihələri müsabiqəsi elan edilib

2024-10-01
606

Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) “TUSAŞ Lift Up” – Sənaye Yönümlü buraxılış (Məzun) Layihələri müsabiqəsi elan edilib. 

TUSAŞ ilə olan mövcud əməkdaşlıq çərçivəsində AzTU-nun mühəndislik fakültələrinin 4-cü kursunda təhsil alan bakalavr tələbələrindən ibarət komandaların diplom rəhbərləri ilə birlikdə 2024-2025-ci tədris ilində buraxılış (diplom) işlərini layihə əsaslı yerinə yetirməyə iddialı olanlar üçün müsabiqədə iştiraka dəvət olunur.  

Bu məqsədlə “online” müraciət forumu aktiv edilib. 

Müraciətlərin (layihə təkliflərinin) https://liftup.tusas.com/basvurular linkində “Başvurular” bölməsindəki mövzular üzrə təqdim edilməlidir.

Online” müraciət üçün izahedici (yönləndirici) fayl əlavə olunur.

Müraciət etmək istəyən komandalar üzrə tələblər aşağıdakı kimidir:

- Komanda üzvlərinin sayı 3 nəfərdən 5 nəfədərək olmalı;

- Qrupunun ÜOMG-si 2,75/4 yaxud 70/100 olmalı. 

Tələb olunan sənədlər:

- CV

- Transcript

- Niyyət məktubu

Sənədlər “online” təqdim olunur. 

Niyyət məktubu forması 

Ümumilikdə müraciət qaydası üzrə bu keçiddə tanış olmaq olar. 

Müraciət üçün son tarix – 15 oktyabr 2024-cü il saat 23:59 (Türkiyə saatı ilə).