Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavriat səviyyəsində təhsil alan tələbələri Türkiyənin Üsküdar Universitetində 2025/2026 tədris ilinin yaz semestrində təhsil almaq üçün müraciət edə bilərlər.
Qeyd edək ki, Üsküdar Universitetində tədris yalnız ingilis dilində aparılır.
Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:
● Bakalavr tələbəsi olmaq (2-ci və 3-cü kurs)
● Ərizə formasını doldurmaq
● Transkript (ÜOMG minimum 75 bal);
● İngilis dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi);
QEYD: Mübadilə əməkdaşlıq müqaviləsi çərçivəsində aparıldığına görə Üsküdar Universitetində 1 semestrlik təhsil haqqı istisna olmaqla, digər bütün xərclər (yol, qalmaq və gündəlik xərclər) tələbənin özü tərəfindən qarşılanacaq.
Mübadilədə iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
● Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.
● IELTS və ya TOEFL sertifikatı olanlara seçim zamanı üstünlük veriləcək.
● Sertifikat təqdim edilmədikdə ingilis dili biliyi üzrə imtahan təşkil olunacaq.
Müraciət üçün son tarix: 14.11.2025
Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.
Əlaqə:
Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)
E-poçt: [email protected]
Tel: (+994 12) 539 13 48