Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Orta Doğu Texniki Universitetində bir semestr təhsil almaq istəyənlərin nəzərinə!

Orta Doğu Texniki Universitetində bir semestr təhsil almaq istəyənlərin nəzərinə!

2024-04-30
1042

Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavriat səviyyəsində təhsil alan tələbələri Türkiyənin Orta Doğu Texniki Universitetində (ODTÜ) 2024/2025 tədris ilinin payız semestrində təhsil almaq üçün müraciət edə bilərlər.   

Qeyd edək ki, ODTÜ-də tədris yalnız ingilis dilində aparılır.

ODTÜ-də tədris olunan ixtisas və fənlərin siyahısı 

İxtisaslar və illər üzrə tədris planları 

Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:

- Bakalavr tələbəsi olmaq (1-ci və 2-ci kurs)

- Ərizə forması (Application Form)

- Transkript (ÜOMG minimum 75 bal)

- İngilis dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi) 

Mübadilə əməkdaşlıq müqaviləsi çərçivəsində aparıldığına görə ODTÜ-də 1 semestrlik təhsil haqqı istisna olmaqla, digər bütün xərclər (yol, qalmaq və gündəlik xərclər) tələbənin özü tərəfindən qarşılanaq.

Mübadilədə iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.

· IELTS və ya TOEFl sertifikatı olanlara seçim zamanı üstünlük veriləcək.

· Sertifikat təqdim edilmədikdə ingilis dili biliyi üzrə müsahibə təşkil olunacaq. 

Müraciət üçün son tarix: 15.05.2024 

Ətraflı məlumat üçün linkinə keçid edə bilərsiniz.

Əlaqə:

Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq) 

E-poçt: [email protected]

Tel: (+994 12) 539 13 48